• $
  • €
  • ₽
  • ₺
  • £

Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb

Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
02.09.2026 15:42

Vest-Hollivudun "Plummer Park" parkındakı "Long Hall" qalereyasında müxtəlif bədii cərəyanları, məktəbləri və nəsilləri təmsil edən altı müəllifin əsərlərini bir araya gətirən "Nazım & Friends" sərgisinin açılışı baş tutub.

Mədəniyyət layihəsi Vest-Hollivud şəhər rəhbərliyinin, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun və Naum Reznik adına Rusdilli İctimai Kitabxananın dəstəyi ilə təşkil olunub.

Ekspozisiyanın mərkəzi simvolu qırx ildən artıq yaradıcılığı rəngkarlıq və kinematoqrafiyanı əhatə edən bakılı rəssam Nazim Hacıyev olub. Onun quruluşçu rəssam kimi zəngin təcrübəsi kətanlara tək bir kadrın hüdudlarından kənara çıxan kinematoqrafik yarımçıqlıq ovqatı bəxş edərək tamaşaçı üçün dialoqa və şərhə açıq olan incə forma və simvollar balansını yaradır.

Ekspozisiyada, həmçinin Azərbaycan Rəssamlar İttifaqının üzvü Arzu Xəlilovanın zərgər dəqiqliyi ilə işlənmiş əsərləri, Fidan Kimin qrafik və miniatür sürrealist kompozisiyaları, ABŞ-da yaşayan bakılı fotoqraf Oleq Volovikin (Alec Wolvec) fotoları, eləcə də Anna Milşteyn və Edvard Qoffun işləri nümayiş olunur.

Arzu Xəlilovanın kompozisiyaları rəngli və ağ-qara elementləri elə bir şəkildə birləşdirir ki, onların arasında eyni zamanda həm gərginlik, həm də harmoniya yaranır. Reallıq tanınandır, lakin heç vaxt tam sabit qalmır.

Xəlilova birbaşa hekayəçilikdən uzaq duraraq kontrast, simvolika, assosiasiyalar və gözlənilməz vizual vəhdətlərlə işləyir. Onun yaratdığı obrazlar emosional vəziyyətləri qəti şəkildə çərçivəyə salmadan ötürür, bununla da tamaşaçıya əsərin içinə öz qavrayışı vasitəsilə daxil olmaq imkanı verir.

Bakıda anadan olmuş və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almış Fidan Kim qrafika, şərqşünaslıq (oriyentalizm), sürrealizm, ornament ənənələri və miniatür boyakarlığı elementlərini öz əsərlərində birləşdirərək yuxuları yaradıcılıq prosesinin çıxış nöqtəsinə çevirir və sakit bir sirr duyğusu ilə səciyyələnən dərindən fərdi simvolik sistem qurur.

Bakıda anadan olmuş və 1992-ci ildən Los-Ancelesdə yaşayan fotoqraf Oleq Volovik (Alec Wolvec) hər iki şəhəri vizual qavrayışında birləşdirir; o, kompozisiya, işıq və yaddaş vasitəsilə görünən dünyanın gündəlik reallığının gözlənilməz bir tarazlıq tapdığı və müşahidə ilə xatirə arasında daha çoxmənalı bir tərzə çevrildiyi ötəri anları yaxalayır.

Kontrastların dialoqu prinsipi üzərində qurulan, Azərbaycan, Avropa və Amerika mədəni kontekstini birləşdirən sərgi Los-Ancelesdə 2026-cı il oktyabrın 12-dək davam edəcək.

Foto: Coşua Baraş

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:45
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Elmira Şabanova vəfat edib
Mədəniyyət 18:53
Elmira Şabanova vəfat edib
İlin sonunadək dövlət sifarişi ilə çəkilən 3 film təqdim olunacaq
Mədəniyyət 18:39
İlin sonunadək dövlət sifarişi ilə çəkilən 3 film təqdim olunacaq
Bu ərazilərdə qaz olmayacaq
Mədəniyyət 21:14
Bu ərazilərdə qaz olmayacaq
Aydın Balayevin “Azərbaycan türkləri” kitabı Azərbaycan dilində işıq üzü görüb
Mədəniyyət 14:16
Aydın Balayevin “Azərbaycan türkləri” kitabı Azərbaycan dilində işıq üzü görüb
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol