KXDR Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb, əhali təxliyə edilir

09:27 | 05.01.2024
KXDR Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb, əhali təxliyə edilir

KXDR Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb, əhali təxliyə edilir

Koreya Xalq Demokratik Respublikası (KXDR) qərb sahilindən Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb.

Bu barədə "Yonhap” agentliyi məlumat yayıb.

2010-cu ildə Şimali Koreyanın artilleriya atəşinə məruz qalan Cənubi Koreyanın nəzarətində olan Yenpxyendo adasının sakinlərinə Pxenyanın "mümkün təxribatı” fonunda dərhal təxliyə əmri verilib.
Yerli hakimiyyət orqanları Cənubi Koreya hərbçilərindən bununla bağlı göstəriş aldıqdan sonra kütləvi evakuasiya elan edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb