ÇL: "Barselona"dan darmadağın, "Arsenal" uduzdu

09:10 | 12.12.2013
ÇL: "Barselona"dan darmadağın, "Arsenal" uduzdu

ÇL: "Barselona"dan darmadağın, "Arsenal" uduzdu

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.Qol.Az-ın məlumatına görə, son turda  8 qarşılaşma baş tutub. E qrupunun lideri "Çelsi" öz meydanında "Styaua"nı sınağa çəkib və 1:0 hesabı ilə qalib gəlib. Digər oyunda "Bazel" səfərdə "Şelke"nin qonağı olub və rəqibinə uduzub - 0:2. F qrupunda "Marsel" doğma meydanda Dortmund "Borussiya"sı ilə münasibətlərinə aydınlıq gətirib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda "Arsenal" səfərdə "Napoli"nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.G qrupunun lideri "Atletiko" Madriddə "Porto"ya qalib gəlib - 2:0. Digər oyunda "Zenit" Avstriyanın eyni adlı komandasının qonağı olub və rəqibinə böyük hesabla uduzub - 1:4.H qrupunda "Milan" doğma meydanda "Ayaks"ın müqavimətini qırmağa çalışıb. Oyunda hesab açılmayıb. "Barselona" öz meydanında "Seltik"i qəbul edib və darmadağınla qalib gəlib - 6:1.Qeyd edək ki, keçirilən bu oyunlardan sonra Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksələn bütün komandalar məlum olub. Qrupda üçüncü yeri tutanlar isə mübarizəni Avropa Liqasında davam etdirəcəklər. 11 dekabrÇempionlar Liqasının qrup mərhələsi, VI turE qrupu23:45. "Şalke" (Almaniya) - "Bazel" (İsveçrə) - 2:0Qol: Draxler, 51 (1:0), Matip, 57 (2:0)Qırmızı vərəqə: İvanov, 31 ("Bazel")23:45. "Çelsi" (İngiltərə) - "Styaua" (Rumıniya) - 1:0 Qol: Georgievski - avtoqol, 10 (1:0)F qrupu23:45. "Marsel" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2 Qollar: Levandovski, 4 (0:1), Diara, 14 (1:1), Krosk Reus, 87 (1:2)Qırmızı vərəqə: Payet, 34 ("Marsel")  23:45. "Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə)  - 2:0 Qollar: İquain, 73 (1:0), Kayeaxon, 90+2 (2:0)Qırmızı vərəqə: Arteta, 76 ("Arsenal")G qrupu23:45. "Atletiko" (Madrid, İspaniya) - "Porto" (Portuqaliya) - 2:0 Qollar: Qarsia, 14 (1:0), Kosta, 37 (2:0)23:45. "Avstriya" (Avstriya) - Zenit" (Rusiya) - 4:1 Qollar: Kerjakov, 36 (0:1), Hosiner, 44 (1:1), Jun, 48 (2:1), Hosiner, 51 (3:1), Kienast, 90+3 (4:1)H qrupu23:45. "Milan" (İtaliya) - "Ayaks" (Hollandiya) - 0:0Qırmızı vərəqə: Montolivo, 22 ("Milan") 23:45. "Barselona" (İspaniya) - "Seltik" (Şotlandiya)  - 6:1 Qollar: Pike, 7 (1:0), Pedro, 40 (2:0), Neymar, 45 (3:0), 48 (4:0), 58 (5:0), Tello, 72 (6:0), Samaras, 88 (6:1)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM