Rusiya xarici işlər naziri Sergey Lavrov əvvəlcə Bakıya, daha sonra İrəvana səfər etdi. Səfər başa çatsa da, Lavrovun gəlişinin məqsədinin nə olduğu əsas müzakirə mövzusuna çevrilib.
Publika.az xəbər verir ki, Ermənistan mediası Lavrovun İrəvan səfərinin məqsədinin Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması olduğunu yazır.
Erməni siyasi şərhçi Viqen Petrosyan yazır ki, Rusiya Ermənistandan Qarabağ ətrafındakı rayonların bir neçəsini azad etməyi istəyir.
"Lakin vəziyyət daha mürəkkəb və kədərlidir, təbii ki, Ermənistan üçün. Nazirlər Kabineti və Prezident Aparatındakı mənbələrimiz Lavrovun İrəvan səfərinin bəzi detallarını açdı. Onların dediklərinə görə, Lavrov və Sarkisyan arasında bağlı qapılar arxasında keçirilən görüşdə müzakirələr olduqca gərgin olub. Məsələ ondadır ki, Moskva Avrasiya İqtisadi İttifaqının iki üzvü – Qazaxıstan və Qırğızıstan arasında münaqişənin nəticəsində ittifaqın reytinqinin sürətlə düşməsindən narahatdır. Putin bu ittifaqa böyük güc sərf edib, buna görə də Astana və Bişkekin mübahisələrinin ümumi imicə zərər verməsini qəbul etmir. Xüsusilə bunun Rusiyada prezident seçkiləri ərəfəsində baş verməsi qəbuledilməzdir. İttifaqın imicinin yüksəldilməsi üçün Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qəbul edilməsi variantı üzərində düşünür. Bakı bunun qarşılığında öz şərtlərini irəli sürdü: "Biz işğal edilmiş Qarabağ ətrafındakı rayonlardan ilkin olaraq, beşinin azad edilməyəcəyi təqdirdə ittifaqa giriş haqda düşünə bilmərik”.
Mənbələr həmçinin qeyd edirlər ki, Lavrov Sarkisyandan noyabrın 24-də Avropa İttifaqı ilə saziş imzalamaqdan imtina etməyi tələb etdi:
"Lavrov Sarkisyana bildirdi ki, Kreml Qarabağ ətrafındakı rayonların beşini yox, iki, yaxud üçünü qaytara da bilər. Yalnız o şərtlə ki, Ermənistan Avropa İttifaqı ilə sazişdən imtina etsin. Sarkisyanın etirazları heç bir işə yaramadı. Onun Lavrovla görüşdən sonra qızarmış üzü də hər şeyi nümayiş etdirirdi”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !