Lunaparkda dəhşətli anlar - VİDEO

10:57 | 09.12.2014
Lunaparkda dəhşətli anlar - VİDEO

Lunaparkda dəhşətli anlar - VİDEO

Anidən qopan fırtına Lunaparkda əylənənlərə qorxulu anlar yaşadıb.

İngiltərənin Cardiff şəhərindəki əylənəcə mərkəzində insanlar faciənin bir addımlığından geri dönub. Əylənmək üçün karuselə minən gənclər yerdən 35 metr hündürlükdə olublar.

Fırlanan karuselin dayanmasına az qalmış möhkəm fırtına qopub və 2 sallancaq bir-birinə dəyməyə başlayıb. Operator bunu görüb təcili motoru dayandırıb, amma nəticə daha pis olub. Belə ki, mərkəzdən qaçma qüvvəsinin azalması nəticəsində sallancaqlar daha çox bir-birinə dəyməyə başlayıb.

Fırtınanın dayanması hadisənin daha faciəli sonluqla bitməsinin qarşısını alıb. Bir-birinə dəyən sallancaqdakı gənclərin yaralandığı bildirilir.

ANN.Az
 
 
 
 

Lunaparkta Dehşet Anları Kamerada! haberler 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb