Lvovda ermənilər azərbaycanlılara silahlı hücum edib, 6 yaralı

21:27 | 16.05.2016
Lvovda ermənilər azərbaycanlılara silahlı hücum edib, 6 yaralı

Lvovda ermənilər azərbaycanlılara silahlı hücum edib, 6 yaralı

Ukraynanın Lvov şəhərində bir qrup erməni azərbaycanlılara silahlı hücum edib, 6 azərbaycanlı gənc ağır yaralanıb.
 
APA-nın məlumatına görə, hadisə bu gün yerli vaxtla saat 16:00-da baş verib.
 
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, konqresin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Rəcəbov və qardaşı Məhərrəm Rəcəbova məxsus dükana hücum edən ermənilər azərbaycanlıları təhqir ediblər.
 
Onlar 3 gün əvvəl Lvovda keçirilən uşu-sando üzrə yarışda separatçı "Dağlıq Qarabağ”ın bayrağının qaldırılması üstündə ermənilərlə azərbaycanlı azarkeşlər arasında ermənilərin döyülməsi ilə nəticələnin kütləvi davanın qisasını almaq istədiklərini bildiriblər. Hadisə zamanı M. Rəcəbov onların əlindən xilas olaraq azərbaycanlı həmyaşıdlarının olduğu digər dükana keçib və bu zaman yenidən kütləvi dava düşüb. Əlbəyaxa davada döyüləcəklərini görən ermənilər silaha əl atıblar və 6 azərbaycanlı gəncə xəsarət yetirərək qaçıblar. Hazırda Lvov hüquq-mühafizə orqanları, o cümlədən təhlükəsizlik xidməti hadisəni araşdırır. Davada iştirak edən ermənilərin axtarışı da elan edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb