Mağara sənət əsərinə necə döndü - FOTOLAR

17:12 | 24.07.2015
Mağara sənət əsərinə necə döndü - FOTOLAR

Mağara sənət əsərinə necə döndü - FOTOLAR

Amerikalı sənəçi Ra Paulette son 10 ilini Nyu Meksikoda yerləşən nəhəng bir mağaranı oymaqla keçirib. 

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, o, bu işi təkbaşına həyata keçirib. Həm mağaranı yarıb, həm həmin tox-torpağı özü daşıyaraq ətrafı təmizləyib. Onu sadəcə vəfalı iti müşayiət edib. 10 illik zəhməti nə qədər ağır olubsa, onun nəticələri d bir o qdər yüksək qiymətləndirilir. Hazırda ortada tamamilə əl əməyi sayəsində formalaşan mağara var. 

Bir neçə girişi, nərdivanları, dəhlizləri olan bu mağara qədmidən qalma məkana oxşayır. Amma əslində bu müasir sənət əsəridir.

Sənətçi öz işini belə qiymətləndirir: "Mən bu işi "Qazıntı rəqsi" adlandırmaq istəyirəm. Bir yaşlı adamın necə çox iş görə bildiyini dünyaya sübut etmək fikrindəyəm. Bu nümunə hm də mənim özümü ifadə etmə tərzimdir. Belə bir sənət nümunəsini ortaya çıxarmaq nə qədər fiziki güc tələb edirsə, bir o qədər də hissi və zehni güc də tələb edir".

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb