Maduro Papadan kömək istəyib

12:20 | 23.08.2017
Maduro Papadan kömək istəyib

Maduro Papadan kömək istəyib

Venesuela prezidenti Nikolas Maduro Roma Papası Fransiskə müraciət edərək ABŞ-ın hücumunun qarşısını almaqda kömək istəyib.

anews.az-ın Report-a istinadən məlumatına görə, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Qoy Roma Papası bizə Trampın Venesuelaya hücumunun qarşısını almağa və müxalifətlə qarşılıqlı hörmətə əsaslanan dialoqun təşkil edilməsinə kömək etsin", - deyə Maduro Karakasda keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Venesuelaya hücum edəcəyi ilə hədələyib.

Daha əvvəl Venesuelada ölkə konstitusiyasına dəyişiklikləri hazırlamaqla məşğul olacaq Milli Müəssislər Məclisinə seçkilər keçirilib. Bu orqanın çağırışı prezidentin təşəbbüsü ilə olub.

Müxalifət Milli Müəssislər Məclisinin referendum yolu ilə çağırılması zəruriliyini əsas gətirərək seçkilərin nəticələrini tanımayıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb