Makareviç: “SSRİ də silahlanırdı, nə oldu?”

11:42 | 30.08.2014
Makareviç: “SSRİ də silahlanırdı, nə oldu?”

Makareviç: “SSRİ də silahlanırdı, nə oldu?”

Rus musiqiçisi, “Zaman maşını” qrupunun solisti Andrey Makareviç Rusiyanın fəaliyyətini növbəti dəfə tənqid edib.

 

Axar.az xəbər verir ki, müğənni “Snob” saytındakı blokunda RF-in ölkədə mədəniyyəti və tibbi inkişaf etdirmək əvəzinə rusiyalıların pulları hesabına külli miqdarda silah-sursat almasından yazıb:

 

“Ölkəmiz yenə ağlasığmaz şəkildə silahlanır. Yenə də bizim milyonlarımız, milyardlarımız elm və təhsilə, mədəniyyət və təbabətə, binaların və yolların tikintisinə deyil, tanklara və raketlərə xərclənir”.

 

Makareviç qeyd edib ki, rusiyalılar bu günləri yaşayıb: “Sovet İttifaqı da silahlanmaqda Amerikanı ötüb keçmək istəyirdi. Bəs nə oldu? Neftin qiyməti düşən kimi şar partladı. Onda bu qədər oğurluq yox idi, ölkə də indikindən varlı idi, amma partladı. Kimsə mənə izah edə bilərmi ki, niyə indi başqa cür olacağını fikirləşirlər? Niyə biz bu qədər tez-tez eyni cür qarətə məruz qalırıq?” 

 

Xatırladaq ki, A.Makareviç bu günlərdə Rusiyanın Ukrayna siyasətini tənqid etdiyi üçün deputatlar və KİV tərəfindən açıq ittihamlara məruz qalmışdı. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM