Markesin həyatı və əsərləri haqda - FOTOLAR

12:41 | 18.04.2014
Markesin həyatı və əsərləri haqda - FOTOLAR

Markesin həyatı və əsərləri haqda - FOTOLAR

Məşhurlar böyük yazıçının ölümünə necə reaksiya verdi?Kolumbiyalı yazıçı, nobel mükafatçısı Qabriel Qarsiya Markes Meksikada 87 yaşında həyata vida etdi. İspandilli ədəbiyyatın ən güclü nümayəndələrindən biri olan yazıçı daha çox "Yüz illik tənhalıq" əsəri ilə məşhurdur. Bu əsər mistik realizmin şedevri sayılır. Roman 1967-ci ildə 30 milyon çox nüsxədən çox satılmışdı və yazıçının 1983-cü ildə Nobel mükafatına layiq görülməsində böyük rol oynamışdı.

Markes səhhətindəki problemlərlə əlaqədar son vaxtlar nadir hallarda ictimaiyyət qarşısına çıxırdı.

Marquez

Mistik realizmnin pionerlərindən sayılan Markes kitabları sayəsində Latın Amerikasının ruhunu bütün dünyaya tanıtdırmış, ziddiyyətli şəsiyyəti ilə milyonlarla insanın hafizəsində iz buraxmışdı. "Dahi Kolumbiyalı"Böyük yazıçının vəfatı ilə bağlı xəbəri Markes ailəsinin nümayəndəsi Fernando Familiar "Twitter" hesabında açıqlayıb: "Qabriel Qarsia Markes vəfat etdi. Onun həyat yoldaşı Mersedes, oğulları Rodriqo və Qonzalo mənə bu barədə məlumat verməyə icazə verdilər. Kədərimiz böyükdür".

Kolumbiya prezidenti Xose Manuel Santos da "Twitter" hesabında yazıçının ölümü ilə bağlı başsağlığı verib. "Yüz illik tənhalıq və tarixin ən böyük kolumbiyalısının ölümü ilə bağlı kədər", - o yazıb.

ABŞ prezidenti Barak Obama da yazıçının ölümü barədə öz fikirlərini paylaşıb: "Dünya ən böyük təsəvvür gücünə malik yazıçılardan birini itirdi. Gəncliyimdə, o, mənin ən sevimli yazıçılarımdandı". Keçmiş ABŞ prezidenti Bill Klinton da Markes haqqında düşüncələrini bölüşüb: "Mən həmişə onun təsəvvür gücünə, aydın düşüncəsinə və emosional səmimiliyinə heyrət duymuşam. 20 ildən çox idi ki, onunla dost olduğuma görə, onun böyük qəlbini və möhtəşəm ağlını tanıdığıma görə qürurluyam".  XəstəlikQabriel Qarsia Markesin ölümü dərhal bəlli olmayıb, ancaq onun ağ ciyərlərindəki və sidik kisəsindəki problemlərlə əlaqədar Mexikoda xəstəxanada müəlicə aldığı məlum idi.

O, keçən həftə evə göndərilmişdi, ancaq yaşıyla əlaqədar səhhətinin "çox həssas" olduğu bildirilmişdi.

Marquez

"BBC"nin Mexiko Sitidəki müxbiri Uill Qrant bildirir ki, onun ölümü xəbəri təkcə doğma vətəni Kolumbiyada deyil, Meksikada da böyük qüssəyə səbəb olub, yazıçı 30 il idi ki, burada yaşayırdı və Meksika onun ikinci vətəniydi. Meksika prezidenti Enrike Pena Niyeto "Twitter"də yazıb: "Müasir dövrümüzün ən böyük yazıçılarından birinin ölümü ilə bağlı Meksika xalqı adından başsağlığımızı çatdırırıq". Dünya şöhrətli Kolumbiyalı müğənni Şakira da öz kədərini paylaşıb: "Qabo, sən həmişə qəlbimdə yaşayacaqsan. Əziz Qabo, sənin həyatın bizə verilmiş yeganə və müstəsna hədiyyə kimi xatırlanacaq".Nobel mükafatlı perulu yazıçı Mario Varqas Lyosa onu "dahi yazıçı" adlandırıb. Peru mediasında açıqlamasında Lyosa bildirib: "Onun əsərləri ədəbiyyata böyük töhfə və prestij verib. Onun əsərləri daim yaşayacaq və hər yerdə yeni oxucular tapmaqda davam edəcək".  Qabriel Qarsia Markesin ən məşhur digər əsərləri kimi "Vəba dövründə məhəbbət", "Gözlənilən bir qətlin tarixçəsi", "Palkovnikə məktub yoxdur", "Patriarxın payızı"nı sadalamaq olar. ZiddiyətlərBöyük romançı həm də jurnalist kimi böyük uğura imza atıb. Onun "Adam oğurluğu barədə xəbər" adlı kitabı böyük səs-küyə səbəb olmuşdu. Kitabda məşhur kolumbiyalı narkotik kralı Pablo Eskobarın idarə etdiyi Medellin narkotik kartelinin məşhur adam oğurluqları barədəydi.

Markes bir müddət siyasi fiqur kimi də tanınıb. Onun keçmiş Kuba prezidenti Fidel Kastro ilə dostluğu Latın Amerikanın siyasi və ədəbi çevrələrində böyük müzakirələrə səbəb olmuşdu.

In

Yazıçı isə təkid edirdi ki, onların dostluğu kitablara əsaslanır. Müsahibələrinin birində o demişdi: "Fidel çox mədəni insandır. Biz birlikdə olanda ədəbiyyatdan danışırıq". Regionun digər yazıçılarından fərqli olaraq, Markesin "Yüz illik tənhalıq" əsəri Latın Amerikasının sərhədlərini aşmışdı və 30-dan çox dilə tərcümə edilmişdi. Çilili nobel mükafatlı şair Pablo Neruda "Yüz illik tənhalıq" əsərini ""Don Kixot"dan üzü bəri ispan dilinin ən möhtəşəm nümunəsi" kimi xarakterizə etmişdi. Mənbə: BBCTərcümə: ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM