"Paytaxtın yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin etibarlı təminatı, ləngimələri yaradan hallar üzrə müşahidə olunan xətaların aradan qaldırılması diqqət mərkəzindədir. Hər bir hərəkət iştirakçısı təkcə qanun qadağaları ilə yox, həm də mənəvi məsuliyyətini aydın dərk etməlidir ki, dayanma, durma və parklanma qaydalarının pozulması, yollarda sıxlıq, tıxaclar və ləngimələr yaradır”.
Hətta səbəblər o qədər sadə və sıradandır ki, bu vəziyyəti yaradanlar özlərini haqlı hesab edir. İnzibati xəta tərkibi olduğunu nəzərə almadan yol verilən bu hallar yol polisini qayğılandırır. Əgər gün ərzində tərəfimizdən dayanma, durma və parklanma qaydalarının pozulması ilə 800 –dən artıq inzibati protokol tərtib olunursa, 2000 –dən artıq sürücüyə şifahi xəbərdarlıq varsa, onların arasında polisdən narazılıq edənlər tapılır. Hər bir hərəkət iştirakçısı nəzərə almalıdır ki, qanunla qorunan inzibati hüquqlar yollarda təkcə ictimai təhlükəsizliyin təminatını yox, hərəkət iştirakçılarının ünvana vaxtında çatmasına yönəlib. Yalnız dayanacaq meydançasında, yol nişanlarının tələbinə əməl etməklə, sərnişinləri mindirmək və ya düşürtmək üçün müvafiq yerlərdə nəqliyyat vasitələrinin dayandırılmasına qanunla icazə verilir. Əgər bir sürücü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayıb, qəza işıqlarını yandırmaqla kimisə bir dəqiqə gözləyirsə, yaxud 30 saniyə intervalında kimisə mindirib düşürürsə, paytaxtın ən az yüklü olan küçə və prospektlərinin ikizolaqlı və üçzolaqlı eyni istiqamətli yollarında 60 dan artıq nəqliyyat vasitəsinin zəncirvari olaraq, günün pik və adi saatlarından asılı olaraq, 3-10 dəqiqə arasında ləngimə yaradır. Tərəfimizdən aparılan bu hesablamalar göstərir ki, yollarda süni olaraq yaranan bu hallar yalnız sürücü düşüncəsinin dəhlizlərində nəzərə alınmayan səhlənkarlıqdır. Bu hallar paytaxt sürücüləri sırasında çoxluq təşkil etməsə də gün ərzində hərəkətin intensiv olduğu küçələrdə sıx müşahidə olunmaqdadır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !