Məhkəmə Abzas Media jurnalistinin həbs müddətini 3 ay uzadıb

18:04 | 07.03.2024
Məhkəmə Abzas Media jurnalistinin həbs müddətini 3 ay uzadıb

Məhkəmə Abzas Media jurnalistinin həbs müddətini 3 ay uzadıb

Martın 7-də Bakının Xətai Rayon Məhkəməsi "Abzas Media”nın jurnalisti Elnarə Qasımovanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay, yəni  iyunun 13-dək uzadıb.

Vəkil Aişə Abdel Qadir bildirib ki, jurnalistin həbsdə saxlanması üçün heç bir maddi və prosessual əsas yoxdur. Müdafiə tərəfi məhkəmənin diqqətini alternativ qabaqlayıcı tədbirlərin mövcudluğuna yönəldib. Qasımovanın özü peşə fəaliyyətinə görə təqib olunduğunu bildirib.

Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Elnarə Qasımova yanvarın 13-də şəxslərin qabaqcadan əlbirliyi ilə qaçaqmalçılıqda (CM-nin 206.3.2-ci maddəsi) ittiham edilərək saxlanılıb.
 
Yanvarın 15-də məhkəmə onun barəsində həbs qətimkan tədbiri olaraq 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Abzas Media işində iştirak edən altıncı jurnalist və media işçisi oldu.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb