Mehman Hüseynov bundan sonrakı fəaliyyəti barədə danışdı - VİDEO

13:32 | 02.03.2019
Mehman Hüseynov bundan sonrakı fəaliyyəti barədə danışdı - VİDEO

Mehman Hüseynov bundan sonrakı fəaliyyəti barədə danışdı - VİDEO

 Bu gün azadlığa buraxılmış bloqer Mehman Hüseynov qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun anım mərasimində iştirak edib. 
 
O, qəbir üstündə söylədiyi  nitqində bundan sonra da  öz fəaliyyətini davam etdirəcəyini və Elmar Hüseynovun açdığı yolun davamçısı olacağını bildirib. "Mən yenə azad jurnaistika yolunu davam etdirəcəm. Elmar kimi...", - deyə bloqer vurğulayıb. 

Xatırladaq ki, "Monitor" jurnalinin baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də qətlə yetirilib. Onun qətlindən 14 il keçsə də qatil hələ də tapılmayıb. 
 

 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM