Məktəblərdə smartfon istifadəsinə qadağa qoyula bilərmi?- EKSPERT

21:37 | 26.01.2022
Məktəblərdə smartfon istifadəsinə qadağa qoyula bilərmi?- EKSPERT

Məktəblərdə smartfon istifadəsinə qadağa qoyula bilərmi?- EKSPERT

Bakıda 165 nömrəli tam orta məktəbdə dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirlər görülüb,  hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideyn və şagirdlərin izahatları alınıb, bu barədə məktəb açıqlama yayıb. 
 
Belə ki, bir neçə gün qabaq 165 nömrəli məktəbin şagirdləri dərs zamanı sinif otağında baş verən hərcmərcliyi smartfona çəkərək sosial şəbəkədə yayıblar. Həmin görüntülərdə fənn müəlliminin dərsdə intizamı pozan şagirdlərə qarşı hər hansı tədbir görmədiyi açıq bilinir. Şgirdlərdən kimisi ayaqlarını masaya qoyur, kimisi oynayır, kimisi partaların arasında gəzir. Bu videonu izləyənlər arasında bir çoxları bu kimi halların qarşısını almaq üçün şagirdlərin məktəbə smartfon gətirmələrinə qadağanın qoyulmasını məqsədəuyğun saydığını bildirib. Bəs görəsən smartfonlara qadağanın qoyulması problemin həllidirmi? 

Təhsil eksperti Kamran Əsədov anews.az-a bildirib ki,  məktəblərdə müəllimlər selfi edirlər ki, təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri görsün ki, mən dərs keçirəm, mən müəlliməm. Bunların hər biri görüntü xətirnə çəkilir. Ortada isə keyfiyyət yoxdur.
 
"Azərbaycan qanunvericiliyində şagirdlərin məktəbə telefon gətirilməsinə qadağa yoxdur. Amma təhsil haqqında qanunda qeyd olunur ki, şagirdlər tədrisin gedişinə mane olmamalıdırlar. Bəzi məqamlarda şagirdlərin telefon istifadəsi yaxşıdır, biz bununla  bəzi müəllimlərin dərs keçmədiyini, məktəblərdə xoşagəlməz halların baş verdiyini müşahidə edirik".
 
Ekspertin fikrincə,  ölkələrin bir çoxunda şagirdlərin məktəbdə telefon istifadə etməsi qadağandır. Məsələn Fransada qanuna əsasən, nəinki şagirdlər, hətta müəllimlər də telefondan istifadə edə bilməz.  Bu səbəbdən həmin ölkələrdə tədris yüksək səviyyədə təşkil olunub.
 
"Bununla bağlı  sinif otaqlarında kameranın qoyulmasını təklif etmişik. Belə hallarda valideynlər müvaffiq pin kodla daxil olub uşaqlarını izləyə bilsinlər, həm də tədrisin necə keçirilməsindən məlumatlı olsunlar. Əgər mobil rabitə vasitələrindən istifadə təhsilin keyfiyyətini yüksəldəcəksə, istifadə oluna bilər. Amma təcrübə göstərir ki, şagirdlər telefondan, tamamilə təhsildən kənar məqsədlər üçün istifadə edirlər", - deyə Kamran Əsədov əlavə etdi. 
 
Milli məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili  Ceyhun Məmmədov isə Anews.az-a bildirib ki, məktəbdə baş verən hadisələr qanun çərçivəsində tənzimlənməli, məktəb və valideynlər arasında sıx əlaqə olmalı, sosial şəbəkələrdə yayılan görüntülərin qarşısı alınmalıdır.
 
"Son dönəmlərdə artıq insanlar gördükləri hər bir şeyi çəkməyə çalışırlar. Biz məktəblərdə sadə telefon istifadə edilməsini tövsiyyə edə bilərik. Sadə telefonların istifadəsi zaman-zaman təklif edilib, ancaq yerinə yetirilməyib"- deyə deputat bildirib.
 
Məktəb direktoru Almaz Bayramova anews.az-a bildirib ki, valideynlərə uşaqlarına  smartfon olmayan telefondan istifadə etməyi tövsiyyə edir. 
 
Məktəbin 11-ci sinfinə dərs keçən, Sara Hüseynova isə şagidrlərin dəsrdə telefondan istifadə etməsinə qəti icazə vermir. 

Valideynlər isə uşaqlarından məlumatlı olmaq üçün onların mobil telefonlardan istifadə etməsinin önəmli olduğunu deyir.
 

Valideyn Xəyalə Fərəcova anews.az -a bildirir ki, əvvəllər uşağının məktəbə telefon aparmasıma icazə verirmiş, amma sonra direktor buna qadağa qoyub. 
 
"Ancaq sosial şəbəkələrdə yayılan videogörüntülərdən sonra məktəb direktorunun tapşırılığı ilə artıq telefon gətirən yoxdur. Bununla bağlı məktəbdə müəllimlərlə birgə iclas keçirildi. Məktəb rəhbərliyi tərəfindən qadağan olundu", - deyə əlavə edib.
  
"Uşağımın məktəbə telefon aparmasına az hallarda icazə veririəm. Dərsdə istifadə etməməsini tapşırmışıq.  Məktəb kifayət qədər yaxşı bir məktəbdir.  Məktəb Polad Həşimovun adını daşıdığına görə elə bir problem olmur. Ola bilər ki, uşaqlarla bağlı problem olsun, bu da müxtəlif ailədən gələn uşaqların tərbiyəsindən asılıdır. Buna məktəb kollektivi cavabdeh deyil"- deyə valideyn bildirib.
 
Valideyn Oğuz Alpaslanın sözlərinə görə, xüsusi proqramlar vasitəsilə uşaqların telefondan nə məqsədlə istifadə etməsinə nəzarət edir. Övladımdan nigaran qalmamaq üçün məcbur məktəbdə telefondan istifadəsinə icazə versə də uşağın telefonuna nəzarət olunur.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb