Mələklər əslində necə görünür? - VATİKANIN VERSİYASI

11:45 | 19.09.2016
Mələklər əslində necə görünür? - VATİKANIN VERSİYASI

Mələklər əslində necə görünür? - VATİKANIN VERSİYASI

Katolik kilsəsinin rəsmi nümayəndələri mələklərin mövcudluğunu təsdiq edərək bəyan ediblər ki, onlar bizim təsəvvür etdiyimiz kimi görünmürlər.

ANN.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, mələklərin öyrənilməsi üzrə ixtisaslaşmış Rentso Lavatori bildirib ki, yenidən gündəmə düşən səma varlıqları yeni əsrin dininə görə işığın hissəciklərinə bənzəyirlər.
 


Romada konfransda çıxış edən Lavatori qeyd edib ki, bu, xristianlıqda yeni mələklərin kəşf edilməsidir.

İtaliyada baş tutan "Fondazione Archivio Storico" sərgidə təşkilatçılardan biri aşağıdakıları deyib:

"Sərginin məqsədi bəşəriyyətdə mələklərin tarixini izləməkdir. Mələklər dini-fəlsəfi təfəkkürün inkişafına təsir etmiş və ədəbi-bədii ifadəetmələrin səbəbkarı olub", - deyə təşkilatçı qeyd edib.
 

 
Mələk iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıqdır. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). Quranda mələklərin Allaha itaətliyi 21 surədə qeyd edilir.
 


İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb