Mərkəzi Bank hərracda 0,4 mln. dollar aldı

16:54 | 04.04.2016
Mərkəzi Bank hərracda 0,4 mln. dollar aldı

Mərkəzi Bank hərracda 0,4 mln. dollar aldı

"Cari ildə manatın məzənnəsi bəyan olunmuş çevik məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb təklif nisbəti əsasında formalaşır. 

Lakin, müəyyən de-dollarlaşma meyilləri şəraitində son günlər valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verir".

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bununla əlaqədar olaraq məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıbr. Qeyd olunanları nəzərə alaraq Mərkəzi Bankbu gün valyuta alışı hərracı keçirib və hərrac 0,4 mln. ABŞ dolları həcmində yekunlaşıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb