Məşhur aktrisa "Rekordlar Kitabı"na düşdü

12:39 | 09.09.2014
Məşhur aktrisa "Rekordlar Kitabı"na düşdü

Məşhur aktrisa "Rekordlar Kitabı"na düşdü

"X-Men", "Ümid işığım" və "Aclıq oyunları" kimi filmlərlə dünya şöhrəti qazanan məşhur akstrisa Cennifer Lourens ində də "Ginnesin Rekordlar Kitabı"na daxil olmağı bacarıb.ANN.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, internetə sızan çılpaq fotolarına görə, son günlər çətin günlər yaşayan gənc aktrisa ötən iki il ərzində "Oskar" da daxil olmaqla digər tanınmış kino müsabiqələrinin qalibi olmağı bacarıb. ABŞ mətbuatının yazdığına görə, "Ginnesin Rekordlar Kitabı" Cennifer Lourensi "Ən çox qazanan döyüş filmlərinin qadın qəhrəmanı" elan edib. Lourensin baş rolda oynadığı "Aclıq oyunları" isə "Ən çox qazanan qiyamət günü" mövzusundakı film olaraq "Ginnesin Rekordlar Kitabı"na salınıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM