Məşhur türk müğənni barəsində həbs qərarı verildi

18:41 | 30.05.2014
Məşhur türk müğənni barəsində həbs qərarı verildi

Məşhur türk müğənni barəsində həbs qərarı verildi

Dəniz Seki narkotikdən istifadədə ittiham edilir

Narkotik maddə ticarəti ilə məşğul olmaqda ittiham edilən Türkiyənin tanınmış müğənnisi Dəniz Seki barəsində 6,3 illik həbs qərarı qüvvədə saxlanılıb. 

Müğənninin şəxsi işi bu həftənin əvvəlində İstanbul Ədliyyə Sarayına göndərilmişdi. 

Məhkəmənin qərarına görə, D.Seki cəzasının 2/3 hissəsini həbsxanada keçirəcək. Bu 4,2 il edir. Lakin onun daha öncə də həbsxanada qaldığı müddət buradan çıxarılacaq. Nəticədə müğənni ömrünün 3,6 ilini həbsxanada keçirməli olacaq. 

ANS PRESS-in məlumatına görə, narkotik maddələrin qanunsuz istifadəsi və yayılmasında ittiham edilən mügənni barəsində İstanbul Ağır Cinayətlər Məhkəməsində 6 il 3 ay müddətində həbs qərarı qəbul edilib.

Bir neçə ay həbsdə qalan müğənni daha sonra azadlığa buraxılmışdı. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM