Metroda gediş haqqı artacaq? - AÇIQLAMA

12:21 | 15.09.2016
Metroda gediş haqqı artacaq? - AÇIQLAMA

Metroda gediş haqqı artacaq? - AÇIQLAMA

"Metroda gediş haqqının dəyişdirilməsi ilə bağlı heç bir məlumat yoxdur". 

ANN.Az xəbər verir ki, bunu Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev deyib.

Qurum rəsmisinin sözlərinə görə, hazırda gediş haqqının artırılması ilə bağlı heç nə yoxdur: "Qiymət məsələsi Bakı Metropoliteninə aid deyil. Bu işə Tarif Şurası baxır. Onlar nə vaxt qərar versə, o zaman lazımı tədbirlər görüləcək".

Qeyd edək ki, bir müddət bundan əvvəl sosial şəbəkələrdə sentyabrın 15-dən metroda gediş haqqının artacağı ilə bağlı məlumat yayılmışdı.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb