Metropolitendə daha bir rəis işdən çıxarıldı

14:17 | 04.06.2014
Metropolitendə daha bir rəis işdən çıxarıldı

Metropolitendə daha bir rəis işdən çıxarıldı

“Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov növbəti dəyişiklik barədə müvafiq əmrlər imzalayıb.Modern.az saytının məlumatına görə, metropolitenin Nərimanov adına elektrik deposunun rəisi Vaqif Hüseynov tutduğu vəzifədən azad edilib. V.Hüseynov 2004-cü ildən elektrik deposunun rəisi vəzifəsində işləyirdi. O, keçmiş rəis Tağı Əhmədovun kadrlarından sayılırdı."Bakı Metropoliteni”QSC-dən Modern.az saytına verilən açıqlamada faktı təsdiqləyiblər. Bildirilib ki, sədr Zaur Hüseynovun əmri ilə “Nərimanov” elektrik deposuna yeni rəis təyinatı da gerçəkləşib.  Belə ki, bu vəzifəyə Söhrab Ağamirzə oğlu Mirzəyev təyin edilib. Bu təyinatadək o, metropolitenin birləşmiş emalatxanalarının baş mühəndisi işləyirdi.“Bakı Metropoliteni"nin rəhbəri birləşmiş emalatxanalarının baş mühəndisi vəzifəsinə isə Naqib Kazımovu təyin edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb