Mikayıl Cabbarov 14 məktəbə yeni direktor təyin etdi

15:01 | 19.08.2014
Mikayıl Cabbarov 14 məktəbə yeni direktor təyin etdi

Mikayıl Cabbarov 14 məktəbə yeni direktor təyin etdi

Təhsil Nazirliyi 14 məktəbə yeni direktor təyin edib. 

"Qafqazinfo"ya nazirlikdən daxil olan məlumatda bildirilir ki, Təhsil Nazirliyi ötən ilin noyabrında məktəb direktorlarının səriştəliliyinin və idarəetmə bacarıqlarının artırılması üzrə təlimlərə başlayıb. Təlimlərdə məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslər iştirak ediblər. Təlimlərin keçirilməsində əsas məqsəd müasir idarəetmə bilik və bacarığına, strateji düşüncə tərzinə malik, zəruri pedaqoji və psixoloji bilikləri olan məktəb direktorları yetişdirməkdir. Təlimlər zamanı təhsildə keyfiyyətin idarəedilməsi, təhsilin hüquqi və peşə etikası, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsildə liderlik və təşkilatçılıq, psixologiya və fərdi inkişaf, kurikulumun nəzəriyyəsi və tətbiqi, təhsildə maliyyənin idarəolunması, məktəb icması və ictimaiyyətlə münasibətlərin təşkili mövzuları tədris olunub.

Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş təlimlərdən keçmiş 14 nəfər Bakı şəhərindəki məktəblərə direktor təyinatı alıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb