Mikayıl Müşfiqin xatirəsi anıldı

09:23 | 07.01.2014
Mikayıl Müşfiqin xatirəsi anıldı

Mikayıl Müşfiqin xatirəsi anıldı

Xızı Rayon İcra Hakimiyyətinin və rayon mədəniyyət və turizm şöbəsinin təşəbbüsü ilə Sayadlar kəndində nakam şairimiz Mikayıl Müşfiqin ölümünün 76 illiyinə həsr olunmuş tədbir keçirilib.AzərTAc xəbər verir ki, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında, ölməz şairin büstü ətrafında təşkil edilmiş mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, mədəniyyət və təhsil işçiləri, elm və incəsənət xadimləri, şairlər, yazıçılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Mərasim iştirakçıları ölməz şairin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini anıblar.Tədbirdə Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmiş, istedadlı şairin ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən geniş söhbət açılıb.Müşfiqsevərlərdən “Şöhrət” ordenli Əməkdar Müəllim, şair Ofeliya Babayeva, şair-publisist Məmməd Aslan, yazıçı-publisist Müşfiq Cabiroğlu və başqaları çıxış edərək görkəmli poeziya ustasının yaradıcılığından söz açıblar. Bildirilib ki, Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Azərbaycan poeziyası tarixinə adını qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəri olub.Tədbirdə Cabir Novruz adına Şuraabad qəsəbə orta məktəbinin şagirdlərinin, eləcə də mədəniyyət işçilərinin ifasında ölməz şairin şeirlərindən ibarət ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.Mərasim iştirakçıları Mikayıl Müşfiqin xatirə muzeyində toplanmış eksponatlara tamaşa ediblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb