Milli Gimnastika Mərkəzində - FOTOLAR

09:25 | 14.08.2014
Milli Gimnastika Mərkəzində - FOTOLAR

Milli Gimnastika Mərkəzində - FOTOLAR

Yenilənən Milli Gimnastika Arenası ilk Avropa Oyunlarında gimnastika yarışlarına ev sahibliyi edəcək. ANN.Az xəbər verir kki, gimnastika yarışları idman gimnastikası, bədii gimnastika və babut üzərində tullanma kimi üç ənənəvi - eyni zamanda, akrobatika və aerobika kimi iki yeni qeyri-olimpiya idman növləri üzrə keçiriləcək. Üç gün ərzində gimnastikanın hər növü üzrə fərdi, qrup və qarışıq qrup halında yarışlar, ümumilikdə 446 kişi və qadın gimnast arasında keçiriləcək. 34 medal ilə təltif olunma baş tutacaq ki, bu da su idmanı növləri yarışlarından sonra medal imkanlarının sayına görə gimnastikanın ikinci yerdə olması deməkdir. Milli Gimnastika arenası təxminən 6800 tamaşaçı tutumuna malikdir.Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyul tarixlərində keçirilməklə, ümumilikdə 17 yarış gününü əhatə edəcək.Cəmilə İbrahimovaFoto: Elnur NuriyevANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb