Milli Məclisin komitə sədri əhaliyə güzəşt edən banklardan danışdı

17:00 | 24.02.2016
Milli Məclisin komitə sədri əhaliyə güzəşt edən banklardan danışdı

Milli Məclisin komitə sədri əhaliyə güzəşt edən banklardan danışdı

"Hər bir kommersiya bankı özünün reputasiyası naminə, özünün qazandığı gəlirlərin bir hissəsini müştərilərlə bölüşməlidir".

Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə deyib. 

ANN.Az xəbər verir ki, bu gün "Grand Hotel Europe"da Caspian European Club (Сaspian Business Club) çərçivəsində biznes-forum keçirilib. 

Z.Səmədzadənin sözlərinə görə, bəzi banklar artıq özləri öz müştəriləri ilə əlaqə saxlayırlar: "Nikoyl bank", "Dəmir bank" artıq özləri təşəbbüs göstərib və konkret addımlar atıblar. Müqavilələrin müddətini uzadırlar, kredit faizlərini 1,55-dən 1,30-a endiriblər, borcun faizlərini yox, borcun əsas hissəsinin ödənilməsinə şərait yaradıblar. Bunlar da şübhəsiz ki, müsbət haldı. Hesab edirəm ki, hər bir kommersiya bankı, insanların qayğısına qalmalıdı, problem yaratmamalıdır, kredit verdiyi insanlarla görüşməlidir. Bu dövlət üzərinə düşən bir öhdəlik deyil, dövlət öz üzərinə düşəni etdi. Sosial problemlərin həyata keçirilməsində nə kəsr, nə də hər hansı problem olmadı. Hər bir kommersiya bankı, özünün reputasiyası naminə, özünün qazandığı gəlirlərin bir hissəsini müştərilərlə bölüşdürməlidir".

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb