Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb - FOTO

11:55 | 09.11.2015
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb - FOTO

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb - FOTO

Dövlət Bayrağı Günü ilə bağlı Müdafiə Nazirliyinin rəhbərliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunların Komandanlığı adından şəhidlərin məzarları ziyarət olunub.
  
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, şəhidlərin ruhlarına dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.
 
İlk olaraq Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun məzarı önünə gətirilən əklillər və gül dəstələrini Müdafiə Nazirliyi adından general-mayor Rasim Əliyev və Daxili Qoşunlar Komandanlığı adından isə general-mayor Şirin Xəlilov qoyub.
 
Sonra Azərbaycanın azadlığı uğrunda şəhid olan digər şəhidlərin də xatirələri yad edilib və məzarları üstünə gül dəstələri qoyulub.
 
 
 
 

 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb