Milyonerlər məhəlləsindəki kasıb şair - FOTOLAR

18:19 | 09.09.2014
Milyonerlər məhəlləsindəki kasıb şair - FOTOLAR

Milyonerlər məhəlləsindəki kasıb şair - FOTOLAR

Milyonlarla insanın qaynaşdığı bu şəhərdə onunla rastlaşmaq başqalarıkimi adi gəlmir adama. Çünki, o bu boyda iş-güclə bərabər, həm dəyaradıcılıqla məşğul olur. O, yaxşı şairdi... Xıdır Məmmədovu deyirəm.Xıdır Orucoğlu imzasıyla yazır.Milyonerlər məhəlləsi kimi tanınan Həsən Salmanlı küçəsində(Neftçilər xəstəxanasının arxasında) o, heç də milyoner kimi yaşamır. Bir tanışımız vasitəsilə söhbətimiz alınır. Biləndə ki, onun haqqındanəsə yazmaq istəyirəm, sevinir... Görünür, ürəyi doludur. Bir otaqlıevdə yaşayır. Oxuduğu kitabları göz bəbəyi kimi qoruduğu bu darısqal evəgörə Allaha görə edir:"Bu evi mənə o, vaxtı atam alıb. Dedi ki, qoy mənim balalarımkirayələrdə qalmasın. Əslim Gürcüstandandır. 1958-ci il fevralın 2 – dəBolnisi rayonunun Darbaz kəndində anadan olmuşam. Ailədə dörd qardaş vəüç bacı olmuşuq”. Şeir yazmağa da lap balaca olandan başlayıb: "Elə orta məktəbdə oxuduğumvaxtlardan şeirlər yazırdım. Amma, onlara şeir demək olmazdı. Həminvaxtı Gürcüstanda redakasiyalara gedib şeirlərimi dərc etdirirdim. Orada"Qələbə bayrağı” qəzeti var idi, şeirlərim əsasən o, qəzetdə dərcolunurdu. "Cızma-qara” şeirlərlə başlayan müsahibim Bakıya köçəndən sonraAzərbaycan Jurnalistlər Birliyinin üzvü olub. Həm də dolanışıq üçünmüxtəlif yerlərdə fəhləlilik edib: "Orta məktəbi bitirdikdən sonra hərbixidmətə yollandım. Hərbi xidmətimi Qazaxıstanda keçmişəm. Hərbixidmətdən sonra Gürcüstanda yaşadım. Amma atam rəhmətə gedəndən sonravəziyyətimiz pisləşdi. Çünki, atam kolxoz sədri idi, onun sağlığındavəziyyətimiz yaxşı idi. Onda mən artıq ailəli idim. Bir qız və bir oğlumvar. 1992 – ci ildə ailəmi də götürüb Bakıda yaşayan qardaşlarımınyanına gəldim. O vaxtdan elə dəmiryol idarəsində işə düzəldim. Həyatyoldaşımla birlikdə işləyirik orada. Mən fəhlə işləyirəm, o dasüpürgəçi. Hərəmizə 180 manat əmək haqqı alırıq. Qızım ailə qurub və üçövladı var. Oğlum isə, hələ subaydı. Özüm də Azərbaycan JurnalistlərBirliyinin üzvüyəm. "El qucağında” adlı ilk şeirlər kitabım dərc olunub.Xıdır Orucoğlunun işləri və qayğıları çoxdur. Vaxtı olan kimiyaradıcılığla məşğul olur: "Dəmiryolundan əlavə həm də "Crystal Plaza”da bağban da işləyirəm. Ayda 50 manatda oradan verirlər. Neyləmək olar,oğul. İşləməsək də olmur, amma buna baxmayaraq, yaradıcılıqla məşğuloluram. Ədəbiyyat mənim üçün bir nəfəsdi”. //aznews

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM