Mirzə Fətəli Axundzadə Ukraynada…

16:18 | 07.05.2014
Mirzə Fətəli Axundzadə Ukraynada…

Mirzə Fətəli Axundzadə Ukraynada…

Azərbaycanın Ukraynadakı səfirliyi M.F.Axundzadənin seçmə əsərlərini Ukrayna dilində nəşr etdirib.

 

Bu barədə AzərTAc-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat veriblər.

Kitaba həyat və yaradıcılığı barədə məqalələr, dahi mütəfəkkirin şeirləri, məktubları, “Aldanmış kəvakib” povesti, “Kəmalüddövlə məktubları” və bütün dram əsərləri daxil edilib.

 

Xəbərdə bildirilir ki, kitab Bakı Slavyan Universitetində müzakirə edilib, tərcüməyə müsbət rəy verilib və Azərbaycan MEA-nın akademik-katibi, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, professor Kamal Abdullayev əhatəli “Ön söz” yazıb.

 

“Ön söz”də böyük dramaturq və mütəfəkkir M. F. Axundzadənin Azərbaycan dramaturgiyasında misilsiz tarixi xidmətləri, eləcə də bütövlükdə Azərbaycanın ictimai-fəlsəfi fikrində əhəmiyyətli rolu vurğulanıb.

 

Kitabın tərcüməçisi tanınmış Ukrayna tədqiqatçısı Vasil Belotserkovski, redaktoru səfir Eynulla Mədətlidir.

Kitab Kiyevdə “Dmitri Buraqo” nəşriyyatının mətbəəsində çap edilib.

 

Nəşrin çapına tanınmış azərbaycanlı iş adamı, Ukraynanın Sumı vilayət şurasının deputatı Əfqan Salmanov maliyyə dəstəyi göstərib.

 

Kitab Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinin qeyd olunması barədə Prezidenti Sərəncamı ilə əlaqədar görülən işlər çərçivəsində nəşr edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM