Mişel Gürcüstanda etiraza səbəb olan qanundan danışıb

21:41 | 16.04.2024
Mişel Gürcüstanda etiraza səbəb olan qanundan danışıb

Mişel Gürcüstanda etiraza səbəb olan qanundan danışıb

Avropa Şurasının rəhbəri Çarlz Mişel Gürcüstanın xarici agentlər haqqında qanununu ölkənin Avropa İttifaqına üzv olmaq istəyi ilə bir araya sığmayan adlandırıb. TASS bu barədə siyasətçinin sosial şəbəkələrinə istinadən xəbər verib.

"Aydın deyim. "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstanın  Aİ-yə üzv olmaq istəyi və onun qəbulu ilə bir araya sığmır”, - Mişel bildirib.

Bundan əvvəl gürcü müxalifətinin nümayəndələri Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə dair dinləmələrin keçirildiyi parlament binası yaxınlığında Rustaveli prospektini  bağlayıblar .

"Droa!” radikal partiyasının üzvü "Gürcüstanda əsrin ən qanlı gecəsini” təşkil edəcəyinə söz verib.

Aprelin 15-də Hüquq Məsələləri Komitəsində "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə birinci oxunuşda baxılıb. Aprelin 16-da parlamentin plenar iclasına çıxarılıb.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb