Misir səfiri əşyalarını toplamaq üçün Ankaraya gəldi

13:50 | 25.11.2013
Misir səfiri əşyalarını toplamaq üçün Ankaraya gəldi

Misir səfiri əşyalarını toplamaq üçün Ankaraya gəldi

Misirin Türkiyədəki səfiri Əbdürrəhman Səlahəddin ölkədə persona non-qrata elan edildikdən sonra əşyalarını toplamaq üçün Misirdən Ankara gəlib. ANS PRESS-in məlumatına görə, yaxınlarının müşayiəti ilə Əsənboğa hava limanda eniş edən misirli səfir türkiyəli media nümayəndələrinin suallarını cavablandırmaqdan imtina edib. Türkiyə Səlahəddini özünün Misirdəki səfiri Hüseyn Avni Botsalının «arzuolunmaz şəxs» elan olunmasına cavab olaraq «persona non-qrata» elan edib.Bu arada, Misirin paytaxtı Qahirədə Türkiyənin Misir səfirini ölkədən çıxarmasına etiraz aksiyası keçirilib. Qahirədəki Türkiyə səfirliyi də işini dayandırıb. Səfirlik önünə toplaşan etirazçılar isə səfirlərin arzuolunmaz şəxs elan olunmasının iki ölkə arasında əlaqələrə ziyan vuracağını bildiriblər. «Hökumətimizin verdiyi qərar arzuolunmaz bir qərardır. Türkiyəli səfirin ölkədən çıxarılması qorxunc bir xətadır.» - deyə, etirazçılardan biri bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb