Monika Belluçi “Ceyms Bond”la bir yerdə

21:07 | 05.12.2014
Monika Belluçi “Ceyms Bond”la bir yerdə

Monika Belluçi “Ceyms Bond”la bir yerdə

Pinewood Studios  studiyası Ceyms Bond haqqında yeni filmin aktyor heyəti haqda məlumat açıqlayıb.

ANN.Az Kulis.az-a istinadən xəbər verir ki, Deniel Kreyq, Kristof Vals və Lei Seyqdən başqa layihədə Monika Belluçi də iştirak edəcək. Sema Jeksonun bu filmi Ceyms Bond haqqında 24-cü film olacaq.

Çəkilişləri dekabrın 8-də başlanacaq filmin premyerası 2016-cı ilin 6 noyabrına təyin olunub.

Filmin rəsmi adı "Spektr”dir. 007 nömrəli agent bu dəfə filmdə Aston Martin DB-10 markalı avtomobil sürəcək.

Xatırladaq ki, Şon Konnorinin baş rolda oynadığı Ceyms Bond haqqında ilk film ("Doktor Nou”) 1962-ci ildə ekranlara çıxıb. Müxtəlif illlərdə xüsusi agent rolunda Pocer Mur, Timoti Dalton və Pirs Brosnan, Deniel Kreyq oynayıb. 23-cü film dünya prokatından bir milyard dolardan artıq vəsait yığıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM