Moskva məktəblərində “Azərbaycan günləri” keçirilir - FOTO

17:54 | 21.05.2014
Moskva məktəblərində “Azərbaycan günləri” keçirilir - FOTO

Moskva məktəblərində “Azərbaycan günləri” keçirilir - FOTO

Yeni Nəfəs Hərəkatı Moskva Nümayəndəliyi, Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu Moskva məktəbliləri üçün Azərbaycan mədəniyyəti, mətbəxi, eləcə də adət-ənənəsi ilə bağlı tədbir keçirib. 
ANN.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondunun rəhbəri Şamil Tağıyev çıxış edərək “Azərbaycan günləri” adı altında keçirilən tədbirin hər ay Moskvanın bir məktəbində təşkil olunacağını deyib. Moskvanın Peçatniki rayonunda yerləşən 918 saylı orta məktəbdə təşkil olunan maarifləndirici tədbiri təhsil işçiləri böyük maraqla qarşılayıb və Azərbaycana öz sevgilərini nümayiş etdiriblər.
Tədbirdə məktəbin şagird və müəllim heyəti Azərbaycan haqqında video-çarx izləyiblər, milli rəqslərimizi oynayıblar. Bundan başqa, onlar Azərbaycan mətbəxinin təamlarından dadıblar. Sonda Yeni Nəfəs Hərəkatı Moskva nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili şagirdlərə məktəb ləvazimatları, Azərbaycandan bəhs edən ədəbiyyat və bayraq paylayıb. 
Seymur
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM