Moskva üçün ən vacib erməni

21:13 | 22.01.2018
Moskva üçün ən vacib erməni

Moskva üçün ən vacib erməni

Belə görünür ki, Moskva Serj Sarkisyanın Ermənistan baş naziri təyin edilməsinə razılıq verib.

Kreml yaxın siyasətçilər və ekspertlərin yazılarından bu, aydın olur. Onlar yazırlar ki, Rusiya üçün əl əlverişli namizəd Serj Sarkisyandır. Yada salaq ki, apreldə Ermənistanda hakimiyyət prezidentdən baş nazirə keçir.

Rusiya ekspertləri qeyd edirlər ki, Serj Sarkisyan daha anlaqlı və Kreml üçün  vacib insandır. Onun indiki baş nazir Karen Karapetyan ilə sıx əlaqələri də Moskvanı çox sevindirir. Karapetyan indi də "Qazprom”la çox yaxındır və bunun vasitəsi ilə Rusiya öz iqtisadi siyasətini həyata keçirir.

Buna bağlı şübhə yoxdur, Sarkisyan uzun illər baş nazir olacaq. Amma hər şey onun şimaldakı böyük qardaşı ilə münasibətindən asılı olacaq. Hazırda haqqında ən çox danışılan Rusiya əleyhinə əhval da   hakimiyyət tərəfindən xüsusi olaraq qızışdırılır. Yəni istəyirlər  ətrafa göstərisinlər  ki, onlar öz fikirlərində müstəqildirlər. Halbuki, Ermənistanda çoxları hesab edir ki, bu da çox asılı müstəqilllikdir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb