Mourinyonun unuda bilmədiyi an

15:59 | 15.09.2014
Mourinyonun unuda bilmədiyi an

Mourinyonun unuda bilmədiyi an

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Real Madrid"i çalışdırarkən "Bayern Münih"ə uduzduqları penaltıları unuda bilmir.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı məşqçi "Inter"dən 2010-cu ildə ayrılaraq Santiaqo Bernabeuya gələrək Madriddə keçirdiyi üç mövsümdə Çempionlar Liqasında yarımfinala qədər yüksəlib sonra məğlub olmuşdu. 2011-12- ci il mövsümündə kuboka çox yaxınlaşmasına baxmayaraq "Bayern Münih"ə penaltılarda uduzmuşdu. Bununla bağlı danışan Mourinyo ən çox Kriştiano Ronaldonun vura bilmədiyi penaltını unuda bilmədiyini deyib:"Çempionlar Liqasını iki dəfə qazanmaq karyeramda kifayət qədər mühümdür. Amma uduzduğumuz bəzi finalları unuda bilmirəm. 2005-ci ildə "Liverpul" olmayan bir qolla bizi məğlub etdi. Sonra 2012-ci ildə Ronaldonun ilk penaltını vura bilməməsi heç vaxt yadımdan çıxmır", deyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb