Murakaminin yeni kitabı yayımlandı

21:34 | 18.04.2014
Murakaminin yeni kitabı yayımlandı

Murakaminin yeni kitabı yayımlandı

Məşhur yapon yazıçısının yeni kitabı işıq üzü görüb.ANS PRESS-in xəbərinə görə, tanınmış yapon yazıçısı Haruki Murakaminin "Qadınlarsız kişilər" adlı yeni kitabı Yaponiyada satışa çıxarılıb. Bu barədə Reuters məlumat verib.Bu topluya yazıçının altı əsəri daxil edilib.Satışlar gecə yarısı Tokionun ən böyük kitab mağazalarından birində başlanıb. Yarım saat ərzində müəllifin 70 yeni kitabı alınıb. Topluya daxil edilmiş əsərlərin arasında yazıçının "Mənim maşınımı apar", "Dünən", "Şəhrizad" və ilk dəfə "Qadınlarsız kişilər" hekayələri də yer alıb. Məşhur yazının bundan əvvəlki “Rəngsiz Tsukuru Tadzaki və onun səfərdə keçən illəri” adlı kitabı Yaponiyada 2013-cü il ən çox satılan kitab olub.İlk əsəri olan "Pinbol-1973" 1985-ci ildə işıq üzü görüb və Murakaminin vizit kartı olaraq müasir ədəbiyyat mühitində yazıçının adını tarixə yazıb.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM