Müstəqil Azərbaycan tarixində olan devalvasiyalar - SİYAHI

17:12 | 21.12.2015
Müstəqil Azərbaycan tarixində olan devalvasiyalar - SİYAHI

Müstəqil Azərbaycan tarixində olan devalvasiyalar - SİYAHI

Bu gün baş verən devalvasiya müstəqil Azərbaycan tarixində ilk hadisə deyil. Xüsusilə də müstəqilliyin ilk illərində manat sürətlə dəyərsizləşirdi.

Hətta sürətli ucuzlaşma fonunda Mərkəzi Bank dövrü olaraq manatın məzənnəsini kəskin şəkildə aşağı salıb. Əsas devalvasiya addımlarını diqqətinizə çatdırırıq:

24 mart 1994-cü il. Manatın dollara olan rəsmi məzənnəsi kəskin ucuzlaşır və dollar 118-dən 174,2-yə qalxır. Ucuzlaşma 47,6%

23 may 1994-cü il. Manatın dollara olan rəsmi məzənnəsi 186,9-dan 1100-yə düşür. Ucuzlaşma 488,5%

13 dekabr 1994-cü il. Rəsmi məzənnə 3500-dən 4155-ə düşür. Ucuzlaşma 18,7%

21 fevral 2015-ci il. Rəsmi məzənnə 0,78-dən 1,05-ə düşür. Ucuzlaşma 34,6%

21 dekabr 2015-ci il. Rəsmi məzənnə 1,0499-dan 1,55-ə düşür. Ucuzlaşma 47,6%

Diqqət yetirdinizsə, əsas məzənnə dəyişiklikliyi ayın sonlarında baş verib.

1994-cü ildə manat dollara münasibətdə 3444%, 1995-ci ildə 6,2% dəyərini itirib. Növbəti illlərdən başlayaraq manat revanş götürüb. 1996-cı ildə 7,7%, 1997-c ildə 5,1% bahalaşıb.

İqtisadçı ekspert Samir Əliyev
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM