Nabiullina: "Neftin qiymətinin düşməsinə səbəb Trampdır"

23:00 | 12.05.2017
Nabiullina:

Nabiullina: "Neftin qiymətinin düşməsinə səbəb Trampdır"

FED-in növbəti iclası iyunun 13-14-də keçiriləcək.

Dünya neft bazarında qiymətlər ABŞ Prezidenti Donald Trampın həyata keçirdiyi siyasət səbəbindən düşə bilər. "anews.az" "Rambler News Service"ə istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Bankının (Mərkəzi Bank) rəhbəri Elvira Nabiullina çıxış edib.

Baş bankir bildirib ki, Trampın fiskal ekspansiya siyasəti artıq inflyasiya gözləntilərinin və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artmasına səbəb olub. Bu da öz növbəsində pul-kredit siyasətinin sürətli normallaşmasını, yəni uçot dərəcəsinin sürətlə artırılmasını zəruri edəcək. Nəticədə, dolların məzənnəsi artacaq, neft qiymətləri ucuzlaşacaq və inkişaf etməkdə olan ölkələrdən kapital axını sürətlənəcək.

Xatırladaq ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclası iyunun 13-14-də keçiriləcək. Hazırda ABŞ-da uçot dərəcəsi 0,75-1% təşkil edir. FED faizlərin bu il 1,25-1,50% səviyyəsinə yüksələcəyini proqnozlaşdırır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb