Ermənistan mütəmadi olaraq Dağlıq Qarabağın yekun statusu ilə bağlı oxşar fikirlər səsləndiri
r.
Bunu Axar.az-a Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyanın ilin yekunlarına həsr olunmuş çıxışını şərh edən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Qarabağ münaqişənin paket həllindən söhbət belə gedə bilməz:
"Çünki mərhələli həll planı tənzimlənmə prosesinin ana xəttini təşkil edir. Bu günədək masa üzərində olan sənədlərin heç birində münaqişənin paket həlli nəzərdə tutulmayıb. Hətta Ermənistan rəhbərliyi də son illər ərzində çeşidli adlar altında təqdim olunan proses və prinsiplərlə bağlı açıqlama və bəyanatlarında bu barədə söz açmayıb. Digər tərəfdən, münaqişənin həlli üçün ilk növbədə işğala son qoyulmalıdır ki, artıq bu yanaşmanın özü belə paket həlli variantını istisna edir. O ki qaldı Dağlıq Qarabağın yekun statusu ilə bağlı referendumun keçirilməsinə, mövcud Azərbaycan Konstitusiyasına görə, ölkənin hər hansı bir inzibati ərazi subyektində referendum keçirilə bilməz. Ümumxalq səsverməsi Azərbaycanda kompleks hüquqi anlayışdır və bütövlükdə Azərbaycan xalqının iradəsini ehtiva edir. İşğal altındakı Dağlıq Qarabağda referendum keçirilərsə, bunun nəticəsinin necə olacağı indidən aydındır. Dağlıq Qarabağ tamamilə erməniləşdirilib və Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Edvard Nalbəndyan yenidən paket həllindən danışırsa, bu o deməkdir ki, işğalçı ölkə bu il də ənənəvi davranışlarını davam etdirəcək və vaxt udmağa çalışacaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !