Nağıllar aləminə səyahət - FOTOLAR

17:58 | 08.01.2014
Nağıllar aləminə səyahət - FOTOLAR

Nağıllar aləminə səyahət - FOTOLAR

Bu gün siz Mərkəzi Avropanın meşə və ormanlarında səyahətə çıxsaz, çox keçməyəcək ki, siz özünüzü Qrim Qardaşlarının obrazlarından biri kimi hiss edəcəksiz. "Qırmızı papaq" və ya "Hensel və Qretel" olub sıx dumanın, qaranlıq ağacların arasında gəzəndə siz özünüzü nağıldakı kimi hiss edəcəksiniz. Ürəyiniz tez-tez döyünməyə başlayacaq və Yakob və Vilhelm qardaşlarının uşaq ədəbiyyatı sahəsində nəyə görə zirvələri fəth etdiyini anlayacaqsız. 

Almaniyalı fotoqra Kilian Şhönberger bunu çoxlarından daha yaxşı bilir. O özü də dumanlı mənzərələri olan bir yerdə dünyaya göz açıb, bu mənzərələr onun sənət fəaliyyətinə, xüsusilə "Qrim Qardaşlarının Vətəni" seriyasını yaratmağa böyük ilham verib. Şhönbergin bu fotolarında Qrim Qardaşlarının təsvirlərinə bənzəyən çox şey var, bu fotolar Qrim Qardaşlarının nağılvari dünyasını gözlər önündə canlandırır. Bu şəkillərin vasitəsilə nağıllar aləminə səyahət etmək mümkündür. Bu gözəl sənət əsərlərini ANN.Az-ın oxucularına təqdim edirik. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb