“Nar” və “Irshad Electronics” yeni mobil telefon almaq istəyənlər üçün əla fürsət təqdim edir

14:47 | 11.12.2015
“Nar” və “Irshad Electronics” yeni mobil telefon almaq istəyənlər üçün əla fürsət təqdim edir

“Nar” və “Irshad Electronics” yeni mobil telefon almaq istəyənlər üçün əla fürsət təqdim edir

Artıq köhnə telefon köhnədə qaldı 

Yeni il kampaniyası çərçivəsində "İrshad Electronics” mağazalar şəbəkəsindən smartfon əldə edən şəxslər ilkin ödənişsiz, 12 ay müddətində hissə-hissə ödəmə fürsəti ilə "Nar”dan pulsuz nömrə, 6 ay ərzində aylıq 50 manat bonus və pulsuz internet əldə etmiş olacaqlar. 

Kampaniyadan yararlanıb mobil telefonları əldə etmək üçün "Nar” mobil operatorunun rəsmi tərəfdaşı olan "İrshad Electronics” mağazalarına müraciət etmək kifayətdir.

Telefonu əldə etdikdən sonra hədiyyə olunacaq pulsuz "Nar” nömrəsinə daxil olan aylıq 50 AZN şəbəkədaxili danışıq və 250 MB internet trafiki abunəçiyə 6 ay ərzində təqdim olunur. Bonusları yoxlamaq üçün *777#84#YES şifrəsini yığmaq kifayətdir. Qeyd edək ki, kampaniya çərçivəsində səsli zənglər «0» tarifinə əsasən hesablanır və bonuslar yalnız bu tarif daxilində aktivdir.

1-31 dekabr 2015-ci il tarixləri aralığında aktiv olacaq kampaniya bütün smartfonları əhatə edir. Əlavə məlumatı "Nar” mobil operatorunun internet səhifəsindən öyrənə bilərsiniz: www.nar.az 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb