Narkotiklərlə bağlı 5768 cinayət hadisəsi olub - 2022-ci ilin cinayət rəqəmləri

14:55 | 12.08.2022
Narkotiklərlə bağlı 5768 cinayət hadisəsi olub - 2022-ci ilin cinayət rəqəmləri

Narkotiklərlə bağlı 5768 cinayət hadisəsi olub - 2022-ci ilin cinayət rəqəmləri

Azərbaycanda 2022-ci ilin 6 ayında qeydə alınmış cinayət hadisələrinin 5768-i və ya 31,7%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı yazıb.

Sözügedən cinayətlərin 59,9 %-i satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,4 %-i eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 3,6%-i qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,0 %-i güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 %-i isə digər cinayətlər təşkil edib.
 
2022-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma 5,3 dəfə, terror xarakterli cinayətlər 3 dəfə, məcburi əmək 2 dəfə, mənzil toxunulmazlığını pozma 30% Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə 25,8%, qanunsuz sahibkarlıq 25%, saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma cinayətləri isə 15% azalıb.
 
Bununla yanaşı, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə 3 dəfə, kibercinayətlər, ekoloji cinayətlər və yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə - hər biri 2 dəfə, evlənmək məqsədilə adam oğurluğu 40%, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər 39,2%, mənimsəmə və ya israf etmə 36,9%, xuliqanlıq 35,7%, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər 33%, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər 31,9%, oğurluq 25,3%, dələduzluq 20,2 faiz, soyğunçuluq 16,7%, quldurluq 13%, ictimai mənəviyyat əleyhinə cinayətlər 15,5%, hədə-qorxu ilə tələb etmə cinayətləri isə 3,9% artıb. 
 
Hesabat dövründə 11909 nəfər cinayət törətmiş şəxs müəyyən edilmiş, 9279 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. Cinayət məsuliyyətinə cəlb olunmuşların 64%-i əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 25%-i əvvəllər də cinayət törətmiş şəxslərdir.

Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,3%, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 1,9% təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş qadınların sayı 10%, 14-17 yaşda olan uşaqların sayı isə 31,8% artıb.
 
Cari ilin yanvar–iyununda qadınlar tərəfindən, onların iştirakı ilə və onlara qarşı törədilmiş cinayətlərin sayı müvafiq olaraq 17,6% artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yetkinlik yaşına çatmayanlar tərəfindən, onların iştirakı ilə və onlara qarşı törədilmiş  cinayətlərin sayı da müvafiq olaraq 17,3 faiz, 2,2 dəfə və 17,1% artımla müşahidə olunub.

Cari ilin 6 ayında qeydə alınmış cinayət hadisələrinin 745-i məişət zorakılığı ilə bağlı olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 7,2% azdır. Məişət zorakılığı ilə bağlı cinayətlərin 105-i əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 22-si isə sərxoş vəziyyətdə törədilmişdir ki, bu da əvvəlki ilin göstəricisindən müvafiq olaraq 11% və 42,1% azdır. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 89,9 %-i qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 5,8 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 2,6%-i qəsdən sağlamlığa ağır zərər vurma, 1,7%-i isə digər cinayətlərə aiddir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkən 12731 nəfərin 764-ü və ya 6%-i məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir. Həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 6,9% azalmışdır ki, onların da 81,8 %-ni qadınlar (2,2% azalma), 0,5 %-ni (dəyişməz olaraq qalmışdır) isə yetkinlik yaşına çatmayanlar təşkil etmişdir. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 32,3% artaraq 41 nəfər (onlardan 32-si qadınlar) olub.
 
Ləman Qasımova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb