Nazir müavini: “Avropa İttifaqı ilə aviasiya sazişi üzrə danışıqların bərpasına hazırıq”

14:30 | 23.06.2016
Nazir müavini: “Avropa İttifaqı ilə aviasiya sazişi üzrə danışıqların bərpasına hazırıq”

Nazir müavini: “Avropa İttifaqı ilə aviasiya sazişi üzrə danışıqların bərpasına hazırıq”

Azərbaycan və Avropa İttifaqı aviasiya sazişi üzrə danışıqları bərpa etməyə hazırdır.
 
APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, Azərbaycan Aİ ilə aviasiya sazişi üzrə danışıqlara başlamışdı, lakin sonradan bu danışıqlar dayandırıldı: "Hazırda bu istiqamətdə məsləhətləşmələr gedir. Azərbaycan tərəfi bəzi təkliflər irəli sürüb. Aİ buna baxmalıdır, sonra həm bununla, həm də danışıqların nə zaman başlayacağı ilə bağlı fikrini bildirməlidir. Sazişin məqsədi Aİ ölkələri ilə Azərbaycan arasında aviasiya əlaqələrinin inkişafıdır".

Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard da sazişlə bağlı danışıqlara hazır olduqlarını təsdiq edib: "Saziş həm Azərbaycana, həm də Aİ-yə aviasiya sahəsində rəqabətliliyin artması baxımından töhfə verəcək. Bu, müxtəlif hava şirkətlərinin Azərbaycana uçmasını asanlaşdırır və rəqabəti artırır. Söhbət həm sərnişin, həm də digər sahələrdə uçuşlara aid olacaq”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb