Nazirlikdən pensiyalarla bağlı açıqlama

20:42 | 26.01.2018
Nazirlikdən pensiyalarla bağlı açıqlama

Nazirlikdən pensiyalarla bağlı açıqlama


Nazirlik: "Ermənistanda pensiyaların Azərbaycandan yüksək olması barədə fikirlər reallıqdan uzaqdır"

Sonxeber.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev Ermənistanda pensiyaların səviyyəsinin Azərbaycan və Gürcüstandan çox olması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan Mərkəzi Bankının rəhbərinin Ermənistanda pensiyaların səviyyəsinin Gürcüstan və Azərbaycandan yüksək olması barədə səsləndirdiyi fikir reallıqdan uzaq olmaqla, bütün sahələrdə dərin böhran içində olan Ermənistanda getdikcə daha da pisləşən sosial vəziyyət barədə heç bir əsas olmadan müsbət rəy yaratmağa yönələn mənasız cəhddən başqa bir şey deyil.

"Bunu aydın şəkildə görmək üçün Moskvada yerləşən Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının MDB ölkələri üzrə 2017-ci ilə dair pensiyaların orta aylıq məbləği ilə bağlı açıqladığı göstəricilərə diqqət yetirmək kifayətdir".


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb