Nazirlikdən Rəşidə Behbudovaya cavab

18:00 | 09.06.2014
Nazirlikdən Rəşidə Behbudovaya cavab

Nazirlikdən Rəşidə Behbudovaya cavab

Dahi sənətkar Rəşid Behbudovun qızı Rəşidə xanımın onlara diqqətin olmadığından şikayətləri cavabsız qalmayıb. ANS PRESS-in məlumatına görə, mərhum atasının 25 illiyinə həsr olunmuş tədbirlərin keçirilməməyindən pis olduğunu və bundan sonra susmayacağını deyən R. Behbudovaya Mədəniyyət və Turizm Nazirliyinin mətbut xidmətinin rəhbəri Zöhrə Əliyeva cavab verib.O, Rəşid Behbudov unudulacaq insan, sənətkar olmadığını deyib. "O hər kəsin qəlbində yaşayır. Hər il olduğu kimi bu ildə sənətkarın qəbri ziyarət ediləcək. Bu il Azərbaycanın dahi sənətkarı Rəşid Behbudovun anım günü dövlət səviyyəsində qeyd edilməyəcək. Amma bu, Rəşid Behbudovun yaddan çıxması anlamına gəlmir. Sadəcə olaraq əlamətdar tarixlər var ki, onlar təntənə ilə qeyd edilir".Zöhrə Əliyeva bildirib ki, hər il Rəşid Behbudovun doğum tarixini onun adını daşıyan Mahnı Teatrının kollektivi və mədəniyyət xadimləri qeyd edir, dahi sənətkarın məzarını ziyarət edirlər. Hətta nazir Əbülfəs Qarayev də bu tədbirlərə qatılır. Bundan əlavə olaraq Z.Əliyeva vurğulayıb ki, gələn il Rəşid Behbudovun 100 illiyi təntənəli şəkildə qeyd ediləcək, nazirlik bu mərasimə xüsusi olaraq hazırlaşır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb