Nədən Paris Heminqueyi unudur? - BBC

12:52 | 03.09.2014
Nədən Paris Heminqueyi unudur? - BBC

Nədən Paris Heminqueyi unudur? - BBC

“Paris, həyat üçün bayramdır. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir” - Bu sətirlər dünyaca məşhur yazıçı Ernest Heminqueyin "Paris, həyat üçün bayramdır" avtobioqrafik əsərindəndir. Dahi yazarın parisli, gənclik illərindən bir xatirə əsəri...Bu günlərdə BBC-də qurumun Paris müxbiri olan Hugh Schofieldin Ernest Heminqueyə həsr etdiyi maraqlı bir yazı dərc olunub. Nostalji hisslərlə qələmə alınmış məqalə "Nədən Paris Heminqueyi unudur?" sərlövhəsini daşıyır. Məqaləni oxuyub qurtardıqdan sonra yalnız bir təəssüraf qalır: "Paris elə Parisdir, dəyişən adamlardır".

BBC müxbirinin bu məqaləsi oxucular üçün maraq doğura bilər deyə ANN.Az onu sizin diqqətinizə təqdim edir:

"Amerikalı yazıçı Ernest Heminqueylə Paris arasında gözəgörünməz və həratətli bir təmas vardı...

Heminquey ilk dəfə 1920-ci ildə Parisə gəlib və 20-ci illərin böyük qismini burada keçirib. Onun ikinci gəlişi isə İkinci Dünya Müharibəsi illərinə təsadüf edir. 1944-cü ildə müttəfiq güclərdən qurtulan Paris yenidən Heminqueyi qoynuna alır, xatirələr yenidən canlanır.Amma o vaxtdan tam 70 il ötür, bunu etiraf etmək o qədər xoş olmasa da, Heminqueyin Paris izləri silinmək üzrədir...***20 il əvvəl Parisdə təzə-təzə jurnalistliyə başladığımda Heminquey haqqında nəsə qələmə almağa təşəbbüs etmək bayağı görsənərdi, əgər cəsarət edib redaktora bu mövzunu işıqlandırmaq niyyətinizi açardınızsa, təklifiniz həmən rədd edilərdi. Yəni sən hələ o mərhələyə çatmamısan...Fəqət hələ 20 il bundan əvvəl Paris Heminquey kimi olmaq istəyənlərlə dop-dolu idi. Universiteti yeni bitirmiş, kafelərdə dalğın-dalğın oturan, daha fərqli duruş nümayiş etdirməyə çalışan gənclər...Heminquey kimi olmaq istəyənlər turlarla yazıçının Quartier Latindakı evinə, yaxud "Shakespeare and Company" kitab satıçısına üz tutardılar.***Heminquey maraqlılarının əlində mütləq yazıçının 1920-ci illərin Parisindən bəhs etdiyi və lətif bir dildə gözəllikləri tərənnüm etdiyi, amma ölümündən sonra yayımlanan "A Moveable Feast" (azərbaycanca "Paris, həyat üçün bayramdır" və ya "Mütəhərrik bayram") kitabı olmalı idi.Parisin faşist Almaniyasının işğalından qurtulmasının 70-ci ildönümündə bütün o xatirələr yenidən canlandı... Elə 1944-cü ilin avqustu Heminquey əfsanəsinin ən ünlü dönəmi idi.Onsuz da romanları ilə məşhurlaşmış Heminquey o illərdə Parisdən cənubi-qərbində yerləşən Rambouilletdəki 5-ci amerikan diviziyasına bağlı olan qəzetdə müxbirlik edirdi.Bu diviziyada açıq-açığına döyüş qanunlarına məhəl qoymayan Heminqueyin otel otağı əl bombaları və uniformalarla dolu idi. O, kəşfiyyatçı, həm də Fransanın müstəqilliyindən ötrü mübarizə aparan döyüşçülərə əmrlər verməkdən belə çəkinmirdi. Çünki Paris Heminqueyə çox doğma idi, onun azadlığı uğrunda mübarizə aparmaya bilməzdi.

Almanların Fransada təslim olduğu 25  avqust 1944-cü ildə Heminquey Amerikan hərbçiləri ilə birlikdə qərb tərəfdən Paris şəhərinə daxil olur. Döyüş sonrası göy üzünə duman yüksələrkən o, Champs-Elysees-ə girərək bu gün də hələ fəaliyyətdə göstərən Travellers Club-a gəlir və bir şüşə şampan sifariş verir.Daha sonra Heminquey və dəstəsi o günü qeyd edən qələbəliyin arasından çıxaraq Ritz hotelinə üz tutur. Hoteldə Ausiello adlı müdirdən başqa kimdə yox imiş. Yazıçının gəlişindən az sonra Ausiello böyük bir nəzakət və həvəslə ona sifariş edilən 50 martini kokteylini hazırlamağa başlayır... ***Parisin Heminqueyli xatirələrində Ritz hotelinin yeri bambaşqadır. Elə bu hotel Heminquey hekayətində də önəmli yer tutur. Bir başqa ziyatər üçün getdiyi 1950-ci illərin ortalarında hotel persenalı yazıçının 1928-ci illlərdə əmanət olaraq qoyduğu və zirzəmidə çürüməkdə olan iki sandığını xatırlayır.Sandığın içindən Heninqueyin Parisdəki ilk illərindən, Birinci Dünya Müharibəsi zamanı İtalyan cəbhəsində təcili yardım maşınında sürücülük etdiyi qısa qəhrəmanlıq günlərdindən sonra, ədəbi məcara ardına düşüb Avropaya döndüyü günlərdən qalma yazıları, xatirə dəftərləri çıxmışdı. Gənclik illərinin azadlığından pərvəzlanan, varlığını və ümidlərini əhatəyə almış yeniliklərin coşğunluğundan riqqətə gələn gənc yazar romantizmin ən bariz nümunəsi idi.Əgər yolunuz düşsə və həvəsiniz olsa, Heminqueyin Parisdə iz buraxdığı yerləri arayıb tapa bilərsiniz. Bunların içərisində ən birincisi, qəyin ki, gözəgəlimliyi ilə seçilən Kardinal Lemoin küçəsindəki 74 nömrəli binanın 3-cü mərtəbəsində gənc xanımı Hadley ilə yaşadığı mənzil olacaq.Heminqueyin xatirələrində həmin yer səs-küylü, gəlimli-gedimli ərazi kimi göstərilib. Keçiləriylə birlikdə gəlib süd satan çoban, küçə boyu düzülən kafelərdən yüksələn dans, musiqi gurultusu...Bu küçə bu gün də o gürültünü saxlayıb və bol içki içilməsi ilə də fərqlənir...Heminqueyin pomanını əgər oxumusunuzsa, buradan çıxıb onun təsvir etdiyi kimi yolunuza davam edə bilərsiniz. Pantheon-dan keçib Saint-Michel bulvarı ilə qarşılaşarsınız, ordan da yazıçının soyuq havalarda xatirələrini qələmə almaq üçün Saint-Michel kafesində adəti üzrə hansı küncdə oturduğunu gözlərimizlə görə bilərsiniz: "Michigan haqqında yazıram. Soyuq, buz kimi kəsən küləyin əsdiyi bir gün idi. Hekayətimdə ona da yer ayırdım".Qarşısına gözəl bir qız çıxır, dərhal hekayətinə daxil edir: "Gözəlliyini gördüm, kimi gözləyirsən, gözlə, artıq sən mənimsən. Sən mənə məxsussan. Bütün Paris mənə məxsusdur... Və mən isə bu dəftərə, bu qələmə məxsusam..."Bu sözlər, bu sətirlər o illərdə yazar olmaq üçün yanıb-yaxılan gəncləri riqqətə gətirmək üçün kafi idi. Bəlkə də, bəlkə də hələ də elədir...Amma həyatdakı hər şeydə olduğu kimi, Heminquey çılğınlığının da artıq keçmişdə qaldığı bir duyğu, hiss içərisindəyəm.Təəssüflə deməliyəm ki, bu gün Parisdə Heminqueyin izindən yürüyəcək turlar diqqət çəkmir. Bu gün Parisə gələn məktəblilər, gənclər öz qərhəmanlarını tamam ayrı yerdə soraqlayırlar.Amma o dönəmdə, 1920-ci illərin Parisindən qalma bir şey heç zaman qeybə çəkilməyəcək - Heminqueyin qələmindən çıxan "Paris, həyat üçün bayramdır!"Bəlkə bir gün Paris kafelərindən birində təkbaşına oturmuş, yağmur damcılarının süzüldüyü pəncərənin ardından damlaları dalğın-dalğın izləyən gəncə rast gələcəksiniz və bəlkə də o zaman bizdən çox-çox uzaqda qalan cənnəti andıran günlərin əks-sədasını yaxalaya bildik..."

Hazırladı Nuray

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM