Neft sektorunun səmərəli işləməsi üçün 12 trilyon dollar lazımdır –OPEC-in Baş katibi

10:27 | 04.09.2022
Neft sektorunun səmərəli işləməsi üçün 12 trilyon dollar lazımdır –OPEC-in Baş katibi

Neft sektorunun səmərəli işləməsi üçün 12 trilyon dollar lazımdır –OPEC-in Baş katibi

Enerji sektoruna investisiyalar qlobal bazarda sabitliyi təmin etmək üçün həyati əhəmiyyət daşıyır.

"Saudi Gazette” nəşri xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haytam Al-Ğais bildirib.

İndoneziyanın Bali adasında energetika nazirləri toplantısı çərçivəsində keçirilən enerji təhlükəsizliyi sessiyasında çıxış edən Al-Ğais qeyd edib ki, OPEC-in apardığı araşdırmalar 2045-ci ilədək neft sektorunun səmərəli fəaliyyətinin təmin edilməsinə 12 trilyon dollardan çox investisiya lazım olduğunu müəyyən edib. O bildirib ki, yalnız belə olan halda gələcəkdə neftə olan tələbatı tam şəkildə təmin etmək mümkündür.

OPEC-in baş katibinin toplantı çərçivəsində iştirakçı ölkələrin nazirləri, o cümlədən İndoneziyanın enerji və mineral ehtiyatlar naziri Arifin Tasrif, Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simpson, ABŞ-ın energetika nazirinin müavini Devid Turk ilə görüşlərində qlobal neft bazarında sabitliyin təmin edilməsi məsələləri müzakirə olunub

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb