“Neft sənayesində çalışan 80 min adam işsız qala bilər, əgər...” – AÇIQLAMA

14:43 | 17.02.2016
“Neft sənayesində çalışan 80 min adam işsız qala bilər, əgər...” – AÇIQLAMA

“Neft sənayesində çalışan 80 min adam işsız qala bilər, əgər...” – AÇIQLAMA

"Azərbaycan neft hasilatını dondursaydı, bu ölkə üçün zülmətə bürünmə kimi bir şey olar” -  bunu ANN.Az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. 

Neftin qiymətinin sürətlə ucuzlaşmasından sonra bəzi KİV-lər dünyanın bir neçə ölkəsinin neft hasilatının dondurulması ilə bağlı xəbərlər yayıb. Azərbaycan rəsmiləri isə neft hasilatının dondurulmayacağını bəyan edib. 

 
İlham Şaban 

"Bu il ölkədə neft hasilatı 1,5 milyon ton azalacaq” - Mərkəz rəhbərinin sözlərinə görə, mətbuatda dünya ölkələrinin neft hasilatı ilə bağlı gedən yazıların heç biri rəsmi xəbər deyil: "Neft hasilatının dondurulması haqqında olan açıqlamaların hamısı bəyanat formasındadır. Yəni rəsmi şəkildə heç bir öhdəlik, razılaşma yoxdur. Bu ancaq KİV-də gedən məlumatlardan başqa bir şey deyil. Hasilatla bağlı ictimaiyyətin bilmədiyi məqamlar var. Ancaq reallıq odur ki, hasilat onsuz da azalır”.

Ekspert bildirib ki, Səudiyyə Ərəbistanının açıqladığı bəyanata baxsaq, orada neft hasilatının dondurulması məsələsinə 4-5 aya nail oluna biləcəyi deyilib.  İlham Şaban xatırladıb ki, energetika nazirinin birinci müavini Natiq Abbasov açıqlamasında neft hasilatının dondurulmayacağını deyib: "Ancaq buna baxmayaraq, bu il ölkədə neft hasilatı 1.5 milyon ton azalacaq. Hökümət isə rəsmi şəkildə azalmanın 1 milyon ton olacağını deyir. Çünki "Günəşli” yatağından baş verən yanğın və SOCAR-dakı baş verən bəzi amillər bu statistikaya daxil deyildi. Buna görə də çox böyük dərəcədə hasilat həcmi azalacaq. Buradan da görünür ki, ictimaiyyətə verilən açıqlama ilə reallıq arasında çox fərq var”. 

Azərbaycan neft hasilatını dondurarsa, vəziyyətin necə olacağına dair ekspertin şərhi belə olub: "Azərbaycan neft hasilatını dondursa, vəziyyət çox acınacaqlı olar. Əvvəla hasilatın dayanması təqribən 2-3 ay vaxt tələb edir. Bundan başqa Azərbaycanın neft sənayesində 52 min adam SOCAR-da çalışır, 3 min BP şirkətində, 10-a yaxın digər neft şirkəti var ki, onların işçiləri təqribən 10 minə yaxındı və servis işçiləri də var ki, onlarında sayı təxminən 15 min nəfərdir. Təxmini hesablamalara görə, hazırda 80 min işçi neft sahəsində çalışır. Hasilatın dayanması bütün bu işçilərin müvvəqqəti olaraq işsiz qalması deməkdir. Həmçinin nəzərə almaq lazımdır ki, bu sahədə çalışan insanlar yüksək əmək haqqı alan insanlardır: "Bundan başqa hasilat dayansaydı, ölkəyə nə dollar daxil olacaqdı, nə bununla əlaqədar olaraq servis işləri görüləcəkdi. Həmçinin ölkəyə qoyulan investisiyalarda neft-qaz sənayesinin böyük rolu var. Hasilatın dondurulması ona təsir edəcək. Bir sözlə, Azərbaycan neft hasilatını dondursaydı, bu ölkə üçün zülmət kimi bir şey olar”. 

Ekspert sonda qeyd edib ki, Azərbaycanın hazırda çıxardığı neftin maya dəyəri nəqliyyat xərcləri də daxil olmaqla hesablanarsa, 20 dollardır. 

Qeyd edək ki, ABŞ-ın "Goldman Sachs" bankının proqnozlarına görə, bəzi ölkələrin neft hasilatı səviyyəsinin dondurulması ilə bağlı əldə etdiyi razılıqlar neftin qiymətlərinə ciddi təsir etməyəcək. 

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM