Nəzakət Teymurovanın konserti keçiriləcək

14:47 | 12.07.2014
Nəzakət Teymurovanın konserti keçiriləcək

Nəzakət Teymurovanın konserti keçiriləcək

Azərbaycanın tanınmış muğam ifaçısı, xalq artisti Nəzakət Teymurova konsert keçirməyə hazırlaşır.Bunu AzNews.a-a N. Teymurovanın özü məlumat verib.O bildirib ki, konsert Heydər Əliyev Sarayında keçiriləcək: “Böyük bir layihə üzərində iş gedir. Çox güman ki, layihə payiz aylarında tamaşaçılara təqdim olunacaq. Bu dəfə konsertdə Azərbaycan muğamları ilə yanaşı unudulmuş xalq və bəstəkar mahnıları da yer alacaq. Konsertdə tamaşaçıları sürprizlər gözləyir”.Xanəndə onu da bildirib ki, yeni teatr mövsümündə Opera və Balet Teatrının səhnəsində də fərqli obrazlarla tamaşaçıların qarşısına çıxacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM