Nigar Hacızadə: "İndi həqiqi sənət heç kimi maraqlandırmır" - MÜSAHİBƏ

14:25 | 05.07.2016
Nigar Hacızadə:

Nigar Hacızadə: "İndi həqiqi sənət heç kimi maraqlandırmır" - MÜSAHİBƏ



Prodüser Nigar Hacızadə özünün hər layihəsində ortaya ən yaxşısını qoymağa çalışır, xahişə görə, məcburiyyətə görə deyil, sənətə olan böyük sevgisindən. Və qarşısına hansı çətinliyin çıxmasından asılı olmayaraq, o başladığı işi hər zaman müvəffəqiyyətlə axıra çatdırır.  O, hər bir layihəsində öz ideyalarını tamam-kamal həyata keçirir. Məhz bu xüsusiyyətlər Nigar xanıma peşəkarlıq zirvəsinə qalxmağa və Azərbaycan şou-biznesində lider mövqeyə qalxmağa imkan verib.

Nigar xanımla müsahibəni təqdim edirik:

- Qızlar adətən artist olmağa çalışırlar, bəs siz nə əcəb belə ağır kişi işini seçdiniz?

- Ola bilsin, mən özümün artistlik bacarıqlarımı zahirən ifadə edə bilmirəm... Yaxşı duyum qabiliyyətim var, ancaq mən oxuya bilmirəm, mən bilirəm ki, tutalım, hansı səhnəni canlandırmalıyam, ancaq bunu təsəvvür edə bilmirəm. 

- Bəlkə siz sadəcə utanırsınız? 

- Yox, yox... Sadəcə mən 30 ildir sənət sahəsində işləyirəm, ancaq bu illər ərzində mən kulislərdə olmuşam. Təşkil elədiyim konsert proqramları yekunlaşdıqdan sonra, adımı elan edir, səhnəyə çıxmağımı xahiş edirdilər, az qalırdılar məni səhnəyə itələsinlər! Yəqin, bir çox insalarda olduğu kimi məndə də müəyyən komplekslər var. İncsənət universitetində oxuduğum vaxtlar, aktyorluq məşqlərində mənə Turgenyevinki sayaq ciddi qız rolları düşürdü. Ona görə də, öz xarakterimi bilirəm, beləcə, bütün daxili artistizmimi, enerji və ideyalarımı birlikdə uzun işlədiyim Zülfiyyə Xanbabayevaya vermişəm. Mən öz arzularımı onun yaradıcılığında gerçəkləşdirmişəm və Zülfiyyə ikinci "mənəm”. 

- Uşaqlığınız barədə danışardınız...
- Mən sənətkar ailəsində doğulmuşam və bizim evimizə babmın dostları olan Bülbül, Niyazi kimi dahilər, İskəndər İskəndərov, anamın əmisiqızları Xuraman və Fidan Qasımovalar qonaq gəlirdilər. Neftçi olsa da, sənətə çox bağlı olan babamın sayəsində uşaqlıqdan mən musiqi, ədəbiyyat, rəssamlıq mühitində olmuşam. Həmin illərdə intellektual Bakı ailələrində operaya, dram teatrına, filarmoniyaya getmək adət idi, ona görə də mən artıq beş yaşımdan belə məkanlara baş çəkirdim. 

Ümumiyyətlə, mənim möcüzəvi uşaqlığım olub... Biz düz Bakının mərkəzində yaşayırıq, rus dram teatrının yanında, böyründə mənim oxuduğum 8 nömrəli məktəb vardı, sonra oxuduğum institut Malakan bağının yanındaydı, biraz aralıda ailəmin dostları Bülbül və Nizayi yaşayırdılar... Həmin dövrdə cəmiyyətdə hansı ailədən gəldiyin, valideynlərinin harada işləməsi, hansı kitabları oxuduğun çox vacibiydi. 

İndi təəssüf ki, bunlar heç kimi maraqlandırmır... İnsanlar çox dəyişiblər, hər şeyə biganə olublar, indi həqiqi sənət heç kimi maraqlandırmır. Hətta pianolar da sakitcə şəhərin evlərində yoxa çıxdılar... Bugün biz nə barədə danışırıq? İşdən, necə və nə cür qazanmaq olar, kim kimlə görüşür və s.  Bəs bu gün kim operaya gedir? Gənclər, həm də yaşlılar da kinonu üstün tuturlar. 

- 5 yaşınızda siz də çətin ki, özbaşına operaya getməyə təşəbbüs göstərərdiniz – sizə gözəl paltarlar geyindirib, bantlar taxıb əlinizdən tutub teatra aparırdılar, bunun da sayəsində sizin sənət zövqünüz formalaşıb. 

 - Möhtəşəm ifaçıları, gözəl orkestrları, dahiyə musiqini uşaqlıqda eşidəndə bu sənin təhtəlşüuruna bayram kimi hopur. Ondan sonra sən sənətsiz sadəcə olaraq yaşaya bilmirsən! İndi qəlbin belə bayramları demək olar nadir hadisədir, ancaq hər halda belə hadisələrin şəhərimizin yaradıcı elitasında nadir də olsa, baş verməsi bayramdır. 

- Ancaq siz özünüz belə bayramları yaradan insansınız! 

- 2005-ci ilə qədər mən daim bu qəbildən olan işlər, layihələr fikirləşmək və ortaya qoymağa çalışırdım. 2000-ci ildə mən Azərbaycanda ilk dəfə qeyri-adi bir layihəni – "Aləm oyansın” adlı estrada musiqisiylə operanın qarışığı olan bir tədbiri ərsəyə gətirdim. Hətta bu gün belə bir çoxları bu layihədən danışırlar, o vaxt bu tədbir həqiqətən də ölkədə əks-səda doğurmuşdu, Azərbaycanın mədəni həyatında kult hadisələrdən biri olmuşdu. Təqdimat mərasiminə Polad Bülbüloğlu, Vaqif Gərayzadə kimi şəxslər təşrif buyurmuşdular. Uğur elə böyük idi ki, mən həmin il ən yaxşı musiqi layihəsinə görə, "Humay” mükafatına layiq görüldüm. 
Xuraman və Fidan Qasımovalar hələ də bunun onlar üçün maraqlı musiqi layihəsi olduğunu deyirlər. 

- Onlar iştiraka dərhal razılıq vermişdilərmi? 

- Mən onlara belə təkliflə gələndə, dedilər ki, Zülfiyyə onlarçün maraqlıdır, ancaq əvvəlcə mənim təklif etdiyim musiqini dinləməlidirlər. Qeyd etmək lazımdır ki, Vaqif Gərayzadə çox parlaq bir musiqi bəstələmişdi ki, onda klassika da, estrada da, muğam da vardı. Zulya pop musiqini, Qasımova bacıları isə klassik hissəsini ifa edirdilər. 

- Zülfiyyə Xanbabayevayla necə tanış olmusunuz?

- Çox sadə - biz eyni institutda oxumuşuq. Bir dəfə mən onun ifasını eşitdim, belə isə mənim bəstəkar, müğənnilərdən ibarət çox geniş çevrəm vardı – fikirləşdim ki, onların Zulyanı dinləməsi çox yaxşı olardı... 

Elə həmin vaxtda da institutda "Bakı payızı 88” adlı müsabiqənin keçiriləcəyi, arzu edənlərin Vaqif Gərayzadəyə yaxınlaşa biləcəyi ilə bağlı elan vərəqələri yapışdırılmışdı. Zulyaya bu xəbəri çatdırdım. Düzdür, onu əvvəlcə razı sala bilmədim, axı o, çox mühafikar çevrədə böyümüşdü. Ancaq Vaqif Gərayzadə onu dinlədikdən sonra, səsi, tembri çox xoşuna gəldi, bundan sonra o müsabiqədə iştirak etməyə razılıq verdi. Onun çıxışı musiqi çevrələrində əks-səda doğurmuşdu və gənc ifaçı bir çox tanınmış musiqiçinin - Cavanşir Quliyevin, Brilyant Dadaşovanın çox xoşuna gəlmişdi. 

- Zülfiyyə bəs ilk uğuruna necə reaksiya göstərdi? 

- O hər zaman özündə artistik qabiliyyətlərin olduğunu bilirdi, erkən yaşlarından müxtəlif mahnıları ifa edirdi. Mənim uşaqlığımda bu olmamışdı, di gəl ki, çoxsaylı yaradıcı yaxınlarımın vardı: anam dirijorluq təhsili alıb, xalam rəssamdır, digəri skripaçdır, əmim istedadlı rəssamdır. Mən novellalar, qısa hekayələr yazırdım, pis şəkil çəkmirdim, bunlar isə mənə oxumaqdan və rəqs eləməkdən daha maraqlı gəlirdi. 

- İndi başa düşüldü, siz hədsiz intellektualsız, bu sizə artistlik bacarıqlarınızı göstərməyə mane olur! 

- Təkcə bu deyil! Zülfiyyət çoxminlik auditoriyanın qarşısına çıxış edəndə, o sakitcə səhnəyə çıxır və oxuyurdu, mənsə kulis arxasında qorxudan və narahatlıqdan dəli olurdum. Mənim xarakterim belədir. Bəzən mənə deyirlər: "Nə olub sənə, belə nigaransan, biraz rahat ol, gərginləşmə”. Mənsə bacarmıram! Mən punktual, məsuliyyətli, ciddi adamam, boş söhbətlər və boş adamlar mənim xoşuma gəlmir. Ancaq Zulyaya görə bəxtim gətirib – onun simasında mən hər zaman özümün etmək istədiyimi əldə etmişəm, ona görə də mən onun üçün rəfiqə, rejissor, prodüsser, maliyyəçi oldum və bundan böyük zövq aldım!

- Sizin məşhur "Canım məmləkətim” layihəsi barədə eşitmək istərdik. 

- Bu olduqca güclü və çətin layihə idi, layihə çərçivəsin Zülfiyyə Xanbabayeva 5 rayonda konsert verirdi, 6-cısı da Bakıda keçirildi. Zülfiyyə 100 nəfərin daxil olduğu nəhəng komandayla, çoxlu apparatura, birisinin artistik olduğu treylerlə turne keçirirdi. Turne bitəndə, Zulya deyirdi ki, özünü dünya ulduzu kimi hiss eləyib. Və məsələ təkcə layihənin çox yüksək səviyyədə keçirilməsi ilə deyil, həm də tamaşaçılar onu qəbul eləmələri ilə əlaqədar idi! Zülyanı demək olar əllərdə daşıyırdılar, biz bu hadisəylə əlaqədar film də çəkmişik. 

 - Tamaşaçıları uşaqlar kimi aldatmaq olmaz! Siz işi yüksək səviyədə gördünüz, tamaşaçılar da bunu hiss etdi. 

-  Siz təsəvvür etməzsiniz, tamaşaçılar bu bayrama görə Zülfiyyəyə necə minnətdar idilər. Faktiki olaraq, onlar konsertlərə paytaxt səviyyəsində gəlirdilər! Konsert başlamazdan əvvəl, qadınlar ən yaxşı əlbisələrini geyinirdilər, Gəncədə bizi təyyarənin trapında gül çələngləri ilə qarşılamışdılar. 

- Belə ideya necə oldu ki, yarandı? 

- Ümumiyyətlə, mənim çoxlu ideyalarım var, ancaq onları hər zaman gerçəkləşdirmək olmur, alınanda isə burada ilham, komanda, repertuar, maliyyə rol oynayır. 

 - Bugünlərdə nə işlə məşğul olursunuz? 

- Yeni layihə ilə məşğulam – istedadlı ifaçılarla işləyə biləcəyim prodüser mərkəzi qurmaq istəyirəm. Zulya artıq Azərbaycan sənət tarixinə düşüb, ona görə də mən özümün əvvəlki çərçivələrimdən çıxmaq və maraqlı prodüser işi ortaya qoymaq istəyirəm. 

- Bu gün konsertlərə təlabat varmı? Mənə elə gəlir ki, ifaçılar artıq bu formatda çox nadir hallarda publika qarşısına çıxırlar. 

- Ona görə ki, bu gün bu o qədər də sərfəli məşğuliyyət deyil. Bir neçə il əvvəl sponsor tapmaq çətin deyildi, indi isə problemə çevrilib. Biz bu gün Zulyayla konsert keçirmək qərarına gəlsək, gəlirdən çətin danışaq, çünki Zulyanın tələbatları böyükdür. 

- Zülfiyyə Xanbabayevayla münasibətləriniz necədir?

- İlk öncə biz rəfiqəyik, sonra isə digər məsələlər gəlir. 

- Hamıya bəllidir ki, siz Zülfiyyə Xanbabayeva ilə birgə xeyriyyə aksiyaları keçirmisiniz. 

- Bəli, xeyriyyəçilik bizim Zulyayla ümumi prinsipial mövqeyimizdir və bundan olduqca böyük zövq alırıq. Mən sponsorlar, maliyyəçilər tapırdım, uşaq və qocalar evləri üçün hədiyyələr alırdıq. Əlbəttə, bəzən çox çətin olur, ancaq biz bu insanlara sevinc bəxş edirdik! Zulyanın yetimlər və ahıllar üçün böyük konsertindən video kadrlar indiyədək qalıb. Biz təqribən 700 adam çağırmışdıq, hamı üçün hədiyyələr almışdıq, hamını pulsuz yedirmişdik və onlar üçün böyük konsert vermişdik. 

 - Siz hər zaman kişi peşələri seçirsiniz – rejissor, prodüser... 

- Kim deyir ki, bunlar kişi peşələridir? 

- Ona görə ki, bu insandan vaxt, əsəb, həyatın hər bir anını tələb edir. Axı siz qadınsınız, hələ qızınızı böyüdürsünüz, ev işləri görürsünüz, yəqin arada kapriz eləmək ürəyinizdən keçir!

- Məni xilas edən qrafikimin normativ olmamasıdır, istənilən gün özümə istirahət verə, bayram edə bilərəm. Sizin dediyiniz kimi, kişi işi görməklə, mən öz həyatımı təmin edə bilirəm. 

O əvvəlləriydi: qadınlar işləmir, hər şeydə ərlərinə arxayın olurdular. Mənim babam məhz belə insanlardandı – öz xanımına qayğısız həyat bəxş etmişdi. Heç bir qadın işləmək istəməz, istər ki, başqası onu təmin eləsin. Bunu bizə kim təklif edir? Məhəbbət necə güclü olur olsun, vecsiz, işsiz kişi bu hissi qadının gözündən salacaq. Hər şeyə dözmək olar – çətinliklərə, pulsuzluq dövrlərinə, uğursuzluqlara, ancaq divanda uzanıb qalmaq həyat tərzinə çevrilirsə, buna heç kim dözməz! Bu mövzu barədə nə qədər desən, danışmaq olar... Ağıllı qadınlar biraz ağlıyır, sonra isə həyatlarına davam edirlər. Səfehlər isə ləyaqətsiz kişilərə ömürləri boyunca bağlı qalırlar. 

- Prodüserlk fəaliyyətinizdə sizə nə kömək edir? 

- Böyük yaradıcı baqaj, bu mənə uşaqlıqdan qalıb. Uşaqlığımın gözəl günlərində mən özümün rəssam əmimlə çox vaxt keçirmişəm. O çox qeyri-adi istedada malik insandı və biz onunla həmişə nəsə barədə düşünürdük. Bir dəfə bizə institutda balaca hekayə yazmağı tapşırmışdalar və biz əmimlə bir divar haqqında, insanların taleləri barədə qəfildən dil açıb danışan bir qapı haqqında yazmışdıq. O kağızın indiyədək qalmamasına çox təəssüf edirəm...  

- Necə düşünürsünüz, bizdə incəsənət bir də nə vaxt qalxacaq?

- Bizim köhnə musiqiyə nostalgiyamız olacaq – hər bir ifaçı Tofiq Quliyev, Ələkbər Tağıyev, Emin Sabiroğlu, Rauf Hacıyev və başqalarından nəsə oxumağa, o dövrə qayıtmağa çalışır. Musiqidə biz daim 70-80-cı illərə müntəzəm olaraq qayıdacağıq... 

- Siz öz xarakterinizdən razısınızmı?

- Ümumiyyətlə, hə... Düzdür, bəzən hədsiz emosionallığım mənə mane olur, ona görə ki, mən ədalətsizliyə, həyasızlığa döz bilmirəm. 

- Problemlərin öhdəsindən necə gəlirsiniz? 

- Dəstək və dostlarımın sevgisinin sayəsində!

- Bağışlamağı bacarırsınızmı? 

- Bəli, ancaq satqınlığı yox! Pis insan özünə qarşı pisdir, mən onun boz dünyasına niyə baş qoşum ki? Belələrinə yazığım gəlir, axı onlar könüllü olaraq cəhənnəmdə yaşayırlar! Heç kim deyə bilməz ki, mən dostlarıma, tanışlarıma pis davranmışam, mən daim həm sevincdə, həm kədərdə onların yanındayam, sevdiklərimə və hörmət etdiklərimə heç vədə arxa çevirmərəm. 

Materialı Bəhram Bağırzadə təqdim edib. 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb