"Nipah" virusunu aşkarlayacaq testlər nə vaxt olacaq?

17:14 | 09.09.2021

"Nipah" virusunu aşkarlayacaq testlər nə vaxt olacaq?

Nipah virusunu aşkarlayan test gələn həftə hazir olacaq, bunu Rusiya istehlakıların hüquqlarına nəzarət qurumunun rəhbəri Anna Popova bildirib. 

"Nipah virusunun Hundistanda tapılması barədə  məlumat  bir neçə gün qabaq meydana çıxdı və artıq həmkarlarımız  onu aşkar etmək üçün PCR testin hazır olacağını bildiriblərq", -  deyə Popova Regionlarda sosial innovasiyalar IV Forumu çərçivəsində keçirilən sessiyada bildirib.

İyunda Hindistan mətbuatı məlumat verib ki, Nipah virusu ilk dəfə Maharaştra ştatinda yarasanlarda aşkar edilib. Alimlərin sözlərinə görə, virus adətən uçan tülkülərdə aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu ən təhlükəli viruslardan biri hesab edir. Bu virusa qarşı dərman və ya peyvənd yoxdur, ölüm halları 65-dən 100% - ə qədər dəyişə bilər.

Eyni zamanda,  Vektor Virusologiya və Biotexnologiya Dövlət Elmi Mərkəzinin əməkdaşları  Rusiyada  Nipah virusuna yoluxma hallarının  qeydə alınmadığnı   bildirıb. Lakin Moskva fizika texniki institutunun genom mühəndisliyi laboratoriyasının direktoru Pavel Volçkov bildirib ki, ölkə ərazisində infeksiyanın yayılmayacağını  tamamilə istisna etmək olmaz.

2021-ci ilin yanvarında bildirilirdi ki, ÜST Nipah virusuna səbəb ola biləcək pandemiyanın ehtimalını istisna etmir. Bu virus ilk dəfə 1999-cu ildə Malayziyada aşkar edilib. Nipah çayı üzərində yaşayan donuz istehsalçıları arasında xəstəlik qeyd olunub. Bu səbəbdən bu virusa  Nipah adı verilib. Bundan sonra Cənubi Asiyada 12 yoluxma halı aşkar edilib.
 
Tərcümə: Şafa Sultanzadə

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb