Niyazinin mənzil-muzeyində fortepiano musiqisi axşamı

12:05 | 06.03.2014
Niyazinin mənzil-muzeyində fortepiano musiqisi axşamı

Niyazinin mənzil-muzeyində fortepiano musiqisi axşamı

 Martın 5-də Niyazinin mənzil-muzeyində fortepiano musiqisi axşamı keçirilib.

AzərTAc xəbər verir ki, mənzil-muzeyin direktoru Rza Bayramov fortepiano musiqisi axşamının Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin klassik musiqi həvəskarları klubunun dəstəyi ilə təşkil olunduğunu bildirib.Konsertdə gənc pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu Seyidxanım Babayeva çıxış edib.S.Babayeva fortepianoda Qərb bəstəkarlarından L.V.Bethovenin “Apposionata”, F.Şopenin ”4 nömrəli ballada”, F.Listin “Vəhşi ov” və rus bəstəkarı P.Çaykovskinin “Xəyal” və s. əsərlərini ifa edib.Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM